• $ 1.7
  • € 1.978
  • ₽ 0.021091
  • ₺ 0.0416
  • £ 2.2908

“Tərtər işi” ilə bağlı 11 nəfərin işi prokurorluğa qaytarıldı - YENİLƏNİB

“Tərtər işi” ilə bağlı 11 nəfərin işi prokurorluğa qaytarıldı - YENİLƏNİB
05.11.2022 08:56
"Tərtər işi” ilə bağlı təqsirləndirilən 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Gəncə Hərbi Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
 
Vəkil Zabil Qəhrəmanov APA-ya bildirib ki, məhkəmənin qərarı ilə iş üzrə icraata xitam verilərək, cinayət işi ibtidai istintaqa prosesual nəzarəti həyata keçirən prokurorluğa qaytarılıb. 
 
 **********
 
 "Tərtər işi” ilə bağlı ittiham olunaraq məhkum edilmiş 11 nəfərin işi yenidən araşdırılmağa başlayır.


 İş üzrə hazırlıq iclası bu günə təyin olunub.

Gəncə Hərbi Məhkəməsində keçiriləcək bugünkü iclasda ilkin dinləmələrin keçiriləcəyi, işin baxışa təyin olunacağı gözlənilir.

Qeyd edilib ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda "Tərtər işi” çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.

Plenumda Baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 19 nəfərin hər biri barəsindəki hökmlər ləğv olunub. Onlardan 12 nəfərin işi Gəncə Hərbi Məhkəməsinə, 7 nəfərin işi Tərtər Hərbi Məhkəməsinə qaytarılıb.

12 nəfərə daxil olan məhkum Emil Əliyevin işi ayrıca araşdırılacaq.(Apa)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazirdən yeni tədris ili ilə bağlı- Əmr
Cəmiyyət 11:27
Nazirdən yeni tədris ili ilə bağlı- Əmr
Abşeronda boya zavodunda yanğın
Cəmiyyət 11:11
Abşeronda boya zavodunda yanğın
Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib
Cəmiyyət 10:50
Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib
Kəlbəcərdə yaşayış kompleksində476 mənzilin inşası planlaşdırılıb
Cəmiyyət 10:39
Kəlbəcərdə yaşayış kompleksində476 mənzilin inşası planlaşdırılıb
Laçına indiyədək köçürülən şəxslərin sayı açıqlanıb
Cəmiyyət 10:31
Laçına indiyədək köçürülən şəxslərin sayı açıqlanıb
Ağdamın Xıdırlı kəndinə 68 ailə köçürülüb
Cəmiyyət 10:06
Ağdamın Xıdırlı kəndinə 68 ailə köçürülüb

Yol polisi piyadalara çağırış edib
Cəmiyyət 09:55
Yol polisi piyadalara çağırış edib


İlin altı ayında 28 nəfər professor adı qazanıb
Cəmiyyət 09:34
İlin altı ayında 28 nəfər professor adı qazanıb
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Cəmiyyət 22:55
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol