• $
  • £

"Qarabağ" 3 rekorda imza atıb

07.11.2022 13:51
Qarabağ” Misli Premyer Liqasının startında ardıcıl 12-ci qələbəsini qazanıb.
 
, Ağdam təmsilçisi 13-cü turda "Kəpəz”i 3:1 hesabı ilə məğlub edib. Bir matçı təxirə salınan Qurban Qurbanovun komandası xal itirmədən irəliləyir.
 
Bu, Azərbaycan çempionatları tarixinin startdakı ən uğurlu seriyasının təkrarıdır. "Qarabağ” "Neftçi”nin 30 il əvvəl imza atdığı rekordu yeniləyib. Bakılılar 1992-ci ildə keçirilən ilk ölkə çempionatına ardıcıl 12 qələbə ilə başlayıb və yalınız 13-cü matçında bunu bacarmayıb. Ağdamlılar təkrarladığı 30 illik rekordu noyabrın 9-da yeniləyə bilər. Bunun üçün "Qarabağ” təxirə salınan görüşdə "Turan Tovuz”a qalib gəlməlidir.
 
Bu, ötən mövsümü ardıcıl üç qələbə ilə tamamlayan Qurbanovun komandasının ardıcıl 15-ci qalibiyyəti olub. Ağdamlılar sonuncu dəfə ötən mövsümün 25-ci  turunda xal itirib. Bu il mayın 5-də "Zirə” ilə qolsuz heç-heçədən sonra baş tutan bütün matçlarda üç xal qazanan Ağdam klubu öz tarixinin rekordunu təkrarlayıb. Komanda 2019-cu ildə də ardıcıl 15 dəfə qalib gəlib.
 
"Qarabağ” bununla da məğlubiyyətsizlik seriyasını 32-yə çatdırıb. 2021-ci il oktyabrın 25-də səfərdə "Səbail”ə 1:3 hesabı ilə uduzan Qurbanovun komandası ötən mövsümün son 20 matçında məğlub olmayıb. Bu görüşlərdə ağdamlılar 16 qələbə qazanıb və 4 heç-heçə edib. Cari çempionata 12 qələbə ilə başlayan "Qarabağ” üçün "Kəpəz”lə qarşılaşma məğlubiyyətsiz 32-ci görüş olub. Bununla da Ağdam klubu Azərbaycan çempionatlarının mütləq rekorduna imza atıb. 2018-19-cu illərdə ardıcıl 31 oyunda uduzmayan bölgə təmsilçisi üç ildən sonra özünün sahibi olduğu rekordu yeniləyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib
İdman 00:17
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib

"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
İdman 23:20
"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait alıb
İdman 22:55
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait alıb
Qış Olimpiya Oyunları başa çatıb
İdman 22:45
Qış Olimpiya Oyunları başa çatıb
"Nyukasl" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib
İdman 14:55
"Nyukasl" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib
Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
İdman 21:30
Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
Kevin Medina Çempionlar Liqasında top qazanma sayına görə üçüncüdür
İdman 10:36
Kevin Medina Çempionlar Liqasında top qazanma sayına görə üçüncüdür
"Qarabağ" "Nyukasl"a məğlub oldu - Yenilənib
İdman 23:42
"Qarabağ" "Nyukasl"a məğlub oldu - Yenilənib
Nəriman Axundzadə “Kolombus Kru”ya transfer olunub
İdman 13:41
Nəriman Axundzadə “Kolombus Kru”ya transfer olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol