• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

"Prezident sağdır" - İraq səfirliyi

"Prezident sağdır" - İraq səfirliyi
10.04.2014 13:40
 İraqın Azərbaycandakı səfirliyi İraq prezidenti Cəlal Təlabaninin 1 il əvvəl öldüyü və ölümünün gizlədildiyi ilə bağlı Azərbaycanın bir sıra mətbuat orqanlarınla yayılan xəbəri təkzib edib.İraqın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, yayılan xəbər tamamilə əsassızdır, Almaniyada müalicə alan prezident C.Təlabaninin səhhəti stabildir və getdikcə yaxşılığa doğru gedir. Açıqlamada C.Təlabaninin son zamanlar yayılan şəkillərinin də bu il martın 21-də, Novruz bayramında çəkilən şəkillər olduğunu vurğulanıb. Səfirlik yayılan xəbərlərdə məhz İraqda sünni və şiə məzhəbləri arasında ziddiyyətlər səbəbindən C.Təlabaninin ölümünün gizlədilməsinin vurğulanmasını da kədər hissi ilə qarşılayıb və KİV-i yoxlanılmamış məlumatları dərc etməməyə çağırıb, gələcəkdə belə məlumatlar yayın KİV-lə əməkdaşlıqdan imtina edəcəyini bəyan edib. Qeyd edək ki, dünən Azərbaycanın bir sıra media orqanları diplomatik mənbəyə istinadən kürd əsilli İraq prezidenti C.Təlabaninin 1 il əvvəl vəfat etdiyi, prezident səlahiyyətlərinin parlamentin sədri sünni Üsamə ən-Nəcəf tərəfindən icra edilməli olduğu halda, ölkədəki şiələrin və kürdlərin bununla razı olmadıqları, İraqda siyasi qarşıdurma yaşanacağından ehtiyat edərək ölüm xəbərinin gizlədildiyi haqda məlumat yayıblar.  Eyni zamanda C.Təlabaninin ölüm xəbəri ilə bağlı rəsmi açıqlamanın bu ayın 30-da İraqda keçiriləcək parlament seçkilərindən sonra veriləcəyi də qeyd olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İndoneziyada 6,5 maqnitudada zəlzələ baş verib
Dünya 21:41
İndoneziyada 6,5 maqnitudada zəlzələ baş verib
Moskvadan İrəvana uçan təyyarədə yanğın olub
Dünya 20:03
Moskvadan İrəvana uçan təyyarədə yanğın olub
Tehran və İrəvan arasında reyslər ləğv edilib
Dünya 19:38
Tehran və İrəvan arasında reyslər ləğv edilib
Израиль и ХАМАС готовятся к новой войне
Dünya 18:30
Израиль и ХАМАС готовятся к новой войне
İranda etirazçılar SEPAH generalının oğlunu öldürüb
Dünya 18:25
İranda etirazçılar SEPAH generalının oğlunu öldürüb
İzmirdə miqrantları daşıyan qayıq batıb: ölənlər var
Dünya 16:24
İzmirdə miqrantları daşıyan qayıq batıb: ölənlər var
İrandakı etirazlarda daha bir polis əməkdaşı öldürülüb
Dünya 14:36
İrandakı etirazlarda daha bir polis əməkdaşı öldürülüb
Pakistan vətəndaşlarını İrana səfər etməməyə çağırıb
Dünya 12:07
Pakistan vətəndaşlarını İrana səfər etməməyə çağırıb
İranda etirazlar davam edir
Dünya 10:15
İranda etirazlar davam edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol