Tramp tezliklə “mühüm bəyanat” verəcəyini açıqladı
ABŞ-nin keçmiş prezidenti Donald Tramp noyabrın 15-də Florida ştatında yerləşən özünün Mar-a-Laqo iqamətgahında "vacib bəyanat” verməyə hazırlaşır.
O, bu barədə Ohayoda tərəfdarları qarşısında keçirilən mitinqdə çıxış edərkən bildirib.
Bu seçkilərdə Respublikaçılar Partiyasının nümayəndələrinin ABŞ Konqresinin hər iki palatasında səs çoxluğu qazana biləcəyi proqnozlaşdırılır.
"Mən noyabrın 15-də Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqoda çox vacib bir bəyanat verəcəyəm”, - deyə ABŞ-nin 45-ci prezidenti qeyd edib.
Daha əvvəl Trampın aralıq seçkilərindən sonra Ağ Evə namizədliyini irəli sürmək planlarını açıqlayacağı gözlənilirdi. Amerika mediasındakı bəzi mənbələr noyabrın 14-ü belə bir bəyanatın verilə biləcəyini ehtimal edir.
www.anews.az
O, bu barədə Ohayoda tərəfdarları qarşısında keçirilən mitinqdə çıxış edərkən bildirib.
Trampın sözlərinə görə, noyabrın 8-də keçirilən aralıq seçkiləri "ölkənin xilası” ola bilər.

Oxşar xəbərlər
Oxşar xəbərlər