Ukrayna Rusiyanın itkilərinin sayını AÇIQLADI
Rusiyanın 79 min hərbçisi öldürülüb. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
www.anews.az
Bildirilib ki, Rusiya indiyə qədər 79 400 hərbçi, 2 814 ədəd tank, 5 696 ədəd zirehli döyüş maşını, 1817 ədəd artilleriya sistemi, 393 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 205 hava hücumundan müdafiə sistemi, 278 ədəd hərbi təyyarə, 261 ədəd helikopter, 4259 ədəd avtomobil texnikası, 1505 ədəd PUA, 399 qanadlı raket, 16 gəmi/qayıq, 159 xüsusi avadanlıq itirib.
Bu gün Rusiya Ukrayna müharibəsinin257 ci günüdür.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər