Lavrovla Mirzoyan arasında telefon danışığı oldu
Ermənistan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefon danışığı zamanı KTMT Kollektiv Təhlükəsizlik Şurasının İrəvanda keçiriləcək sessiyasına hazırlığı müzakirə ediblər.
Nazirlər noyabrın 23-də İrəvanda keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyasına hazırlığın gedişi ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələlərini də müzakirə ediblər.
Noyabrın 23-də İrəvanda KTMT-yə üzv dövlətlərin liderlərinin sammiti keçiriləcək.
Rusiya prezidenti Vladimir Putinin noyabrın 22-də Ermənistana səfəri planlaşdırılır.
Gülnar Nazimqızı
www.anews.az