İstanbulda terror aktı - Ölən və yaralananlar - Yenilənib
Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatıb.
"Report” yerli mətbuata istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.
O, qeyd edib ki, terror aktını qadın törədib.
"Hücumçu bombanı partladan qadın olub. Nəticədə 6 nəfər ölüb, yaralıların sayı 81 nəfərə çatıb, yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir”, - Fuad Oktay bildirib.
Hadisə terror aktı kimi qiymətləndirilir.
----
İstanbulun Bəyoğlu səmtinin İstiqlal küçəsində partlayış baş verib.
"Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bölgəyə çoxlu sayda təcili yardım və polis qrupları göndərilib.
"""
İstanbul Prokurorluğu şəhərdə baş vermiş partlayışı terror aktı kimi təsnif edib.
Həmçinin, 38 nəfərin yaralandığı bildirilib
www.anews.az