• $
  • £

İranlı deputatlar Azərbaycan prezidentini "təxribatçı" adlandırıb

İranlı deputatlar Azərbaycan prezidentini
14.11.2022 13:29
İran İslam Respublikasının parlamentinin azərbaycandilli əyalətlərin deputatları daxil olmaqla bir neçə üzvü Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə toplantısında səsləndirdiyi fikirləri təxribat xarakterli kimi qiymətləndirərək etirazlarını bildirib. Bu barədə İranın İRNA Agentliyi məlumat verib.
 
Belə ki, Prezident Əliyev Türk Dövlətləri Təşkilatının  9-cu Zirvə toplantısında bildirib ki, Azərbaycan hökumətinin  taleyin hökmü ilə ölkədən kənarda yaşayan azərbaycanlıların öz ana dilini, adət-ənənələrini, mədəniyyətini,  və azərbaycançılıq ideyasına sadiqliklərini qoruyub saxlamasını dəstəkləyəcəyini  bildirib. 
 
"Azərbaycan xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusi önəm verir. Acı taleyin hökmü ilə Azərbaycandan qopmuş soydaşlarımızın öz tarixi vətənləri ilə əlaqələrini heç vaxt kəsməmələri üçün onların ana dilini, adət-ənənələrini, mədəniyyətini, azərbaycançılıq ideyasına sadiqliyini qoruyub saxlamağa bundan sonra da səy göstərəcəyik”, - Prezident Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçirilən sammitində deyib.

Azərbaycan rəhbəri qeyd edib ki, təəssüf ki, öz vətənindən kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti ana dilində təhsil almaq imkanından məhrumdur.

"Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın ana dilində təhsil alması məsələsi həmişəTDT-nin gündəmində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, TDT çərçivəsində hüquq, təhlükəsizlik, milli kimliyin qorunub saxlanması, ölkələrimizdən kənarda yaşayan soydaşlarımızın assimilyasiyasının qarşısının alınması məsələsini diqqətdə saxlamağın vaxtı çatıb. Xaricdə yaşayan türk xalqlarının gənc nəslinin nümayəndələrinə məktəblərdə öz ana dilində təhsil almaq imkanı yaradılmalıdır”, - Əliyev bildirib.
 
"Nəvə öz babasını inkar edə bilməz, ona görə də Azərbaycan Respublikası Prezidentinin dedikləri əsassızdır”, - İran parlamentinin sədr müavini Əli Nikzad səhər iclasında deyib.

İran parlamentinin üzvü Əlborz Hüseyni isə Prezident Əliyevə Gülüstan sülh müqaviləsini oxumağı tövsiyə edib.
 
"Azərbaycan Respublikasının Prezidenti qonşu dövlətlərin ərazi bütövlüyü ilə bağlı belə bəyanatlar vermək iqtidarında deyil. Azərbaycan Prezidentinin bəyanatları real deyil, əgər Gülüstan sülh müqaviləsi yerinə yetirilməsəydi, Azərbaycan Respublikası İranın tərkibində olardı və o, bu ölkənin prezidenti olmazdı. İran Xarici İşlər Nazirliyi və Parlamenti bu cür bəyanatlara cavab verməlidir, çünki regionun sülhə hər zamankindən daha çox ehtiyacı var”, - İran parlamentinin nümayəndəsi bildirib.

Təbriz şəhərinin nümayəndəsi Məhəmmədrza Mir-Tajedini də Əliyevin açıqlamalarına münasibət bildirərək, Azərbaycanın İrandan ayrıldığını  və əgər üzvlükdən söhbət gedirsə, Naxçıvanın da İrana birləşməli oduğunu söyləyib.  
 
Azərbaycan 1828-ci ildə Rusiya ilə İran arasında bağlanan Türkmənçay müqaviləsi ilə iki yerə bölünüb. Onun şimal hissəsi Rusiya, cənubu isə İranın nəzarətinə verilib. Hazırda Cənubi Azərbaycanda 30-35 min azərbaycanlının yaadığı bildirilir. Onların öz dillərində oxumağa məktəbi, qəzeti yoxdur. 

 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol