Balidə Si Tsinpin və Bayden arasında danışıqlar başlayıb
Çin Xalq Respublikasının prezidenti Si Tsinpin və amerikalı həmkarı Co Bayden İndoneziyanın Bali adasında keçirilən G20 sammiti öncəsi görüşüblər. Bu barədə noyabrın 14-də Sinxua agentliyi məlumat yayıb.
Görüşün əvvəlində ABŞ prezidenti Pekin və Vaşinqtonun fikir ayrılıqlarını aradan qaldıra biləcəyini göstərmək üçün liderlərin üzərinə düşən məsuliyyəti qeyd edib.
"ÇinistəsəBirləşmiş Ştatlar Çinlə əməkdaşlığa hazırdır”, - Bayden deyib.
Bayden vurğulayıb ki, dünya iki ölkənin qlobal problemlərini, o cümlədən qlobal istiləşmə və ərzaq böhranının həllində əsas rol oynamasını gözləyir.
Öz növbəsində, Si Tsinpin sülh və qlobal sabitliyə inam ümidi gətirmək üçün bütün ölkələrlə işləməyin zəruriliyinə işarə edib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər