• $
  • £

Avropanın ən böyük aerokosmik şirkəti Azərbaycanı tərk edib

Avropanın ən böyük aerokosmik şirkəti Azərbaycanı tərk edib
15.11.2022 12:34
Mərkəzi ofisi Paris şəhərində yerləşən, aviasiya və kosmik sənaye sektorunda fəaliyyət göstərən dünyanın məşhur şirkətlərdən birinin – "Airbus Defence and Space Sas” şirkətinin Azərbaycandakı fililalı (VÖEN – 1701923801) ləğv olunduğunu elan edib.

Ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90 A ünvanına bildirmələri istənilir.
Məlumat üçün bildirək ki, "Airbus Defence and Space Sas” şirkətinin Azərbaycandakı fililalı 2016-cı ildə dövlət qeydiyyatına alınb. Şirkət aerokosmik sənaye sektorunda Avropanın ən böyük korporasiyası hesab olunan "Airbus Qrup”a bağlıdır. Dünyanın onlarla ölkəsində fəaliyyət göstərən "Airbus Defence and Space Sas” şirkəti hərbi təyyarə, kosmik sistemlər, elektronika, rabitə, kəşfiyyat və təhlükəsizlik sahəsində məhsullar istehsal edir.

Təxminən 2 ay əvvəl Parisdə keçirilən 73-cü Beynəlxalq Astronavtika Konqresində Azərbaycan pavilyonunu ziyarət edən "Airbus Defence and Space Sas” şirkətinin vitse-prezidenti Alen Vaqner deyib ki, "Airbus” şirkəti Azərbaycanla əməkdaşlıqdan çox məmnundur:
"Artıq uzun illərdir ki, yer səthinin məsafədən müşahidə peyki sahəsində əməkdaşlığımız uğurla davam edir. Yüksək ayırdetmə qabiliyyətinə malik "Azərsky” peyki üzərində birlikdə fəaliyyətimizi xüsusi qeyd etmək istəyirəm. Əvvəlcə "SPOT 7” adlandırılmış peyk "Airbus Defence and Space”in SPOT seriyasının bir hissəsidir”.(APA)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki ayda Azərbaycanda büdcədən vəsaitlərin geri qaytarılması 25 mln manat olub
Dünya 09:47
İki ayda Azərbaycanda büdcədən vəsaitlərin geri qaytarılması 25 mln manat olub
ABŞ və Ekvador narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıb
Dünya 09:39
ABŞ və Ekvador narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıb
Media: Müctəba Xamenei İranın yeni ali lideri seçilib
Dünya 09:19
Media: Müctəba Xamenei İranın yeni ali lideri seçilib
ABŞ: İrana qarşı əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir
Dünya 08:55
ABŞ: İrana qarşı əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir
Tramp: İranda “demək olar ki, hər şey məhv edilib”
Dünya 08:43
Tramp: İranda “demək olar ki, hər şey məhv edilib”
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol