Polşada raketin düşməsi ilə bağlı insidentdə Rusiyanın əli yoxdur - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polşada Ukrayna ilə sərhədə düşən raketin iki nəfərin ölümünə səbəb olan insidentdə Rusiyanın əli olmadığını hesab etdiyini bildirib. Bu barədə TACC agentliyi məlumat yayıb.
"Bu, onların raketi olmadığını deyən Rusiyanın mövqeyinə hörmət etməliyəm. Bu, bizim üçün önəmlidir”, - deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti əlavə edib ki, hadisə ilə bağlı beynəlxalq araşdırma aparılmasını zəruri hesab edir.
Noyabrın 15-də Polşanın ZET radiosu Ukrayna ilə sərhəddə yerləşən Lyublin voyevodalığının Prjevodov kəndinə iki raketin düşməsi nəticəsində iki nəfərin həlak olduğunu bildirib. Hadisə ilə əlaqədar Polşanın Baş naziri Mateuş Moravetski hökumətin təhlükəsizlik və müdafiə komitəsinin təcili iclasını çağırıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Polşanın raketin Rusiyaya məxsus olması ilə bağlı bəyanatları vəziyyəti gərginləşdirmək üçün məqsədyönlü təxribatdır, Rusiya tərəfi Ukrayna-Polşa sərhədi yaxınlığında heç bir zərbə endirməyib.
www.anews.az

Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirmişdi ki, Polşada raketin düşməsi NATO və Rusiya alyansı arasında birbaşa hərbi toqquşmaya səbəb olmaq cəhdidir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər