• $
  • £

İranda aksiyalarda iştirak edən 3 şəxsə ölüm hökmü çıxarılıb

İranda aksiyalarda iştirak edən 3 şəxsə ölüm hökmü çıxarılıb
17.11.2022 11:27
Tehran İnqilab Məhkəməsi üç aksiya iştirakçısı barədə ölüm hökmü verib. Bu barədə Azad İran telegram kanalında məlumat yayılıb.

Tehran İnqilab Məhkəməsi noyabrın 16-da İranda aksiyalarda iştirak edən 3 şəxsə ölüm hökmü çıxarıb.


Bildirilib ki, həmin şəxslərdən biri İranda ictimai asayişi və qeyri-sabitliyi pozmaqda, o cümlədən insanlara və dövlət əmlakına ziyan vurduğu üçün "hakimiyyətə qarşı üsyan"da ittiham olunub.


Digəri Pakdəşt şəhərində polis postunun yandırılması və dövlət əmlakının dağıdılmasında təqsirli bilindiyi üçün "yer üzündə fəsad yaymaq"da, üçüncü şəxs isə dövlət əmlakına ziyan vurduğu, iğtişaşlarda aparıcı rol oynadığı və bir məmurun yaralanmasına səbəb olduğu üçün "hakimiyyət əleyhinə müharibə" etməkdə ittiham olunub.


Daha öncə İran parlamentinin 227 üzvü parlamentin açıq iclasında ölüm cəzasına məhkum edilən etirazçıların dərhal edam edilməsini tələb edib. 


Bu tələbdən sonra İslam Respublikası Ədliyyə Sisteminin başçısı Qulamhüseyn Mohseni Ejeyi də bunun ən qısa vaxtda həyata keçiriləcəyini deyib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: Pentaqon İranda quru əməliyyatlarına hazırlaşır
Dünya 08:56
KİV: Pentaqon İranda quru əməliyyatlarına hazırlaşır
Bərzaninin evi dron hücumuna məruz qalıb
Dünya 20:55
Bərzaninin evi dron hücumuna məruz qalıb
Mirzoyan və Əraqçi Yaxın Şərqdə gərginliyin nizamlanmasının yollarını müzakirə ediblər
Dünya 17:56
Mirzoyan və Əraqçi Yaxın Şərqdə gərginliyin nizamlanmasının yollarını müzakirə ediblər
Paşinyan Rusiyaya səfər etməyi planlaşdırır
Dünya 15:30
Paşinyan Rusiyaya səfər etməyi planlaşdırır
Əbu-Dabiyə raket hücumu nəticəsində beş nəfər yaralanıb
Dünya 09:30
Əbu-Dabiyə raket hücumu nəticəsində beş nəfər yaralanıb
İran ABŞ-nin yanacaqdoldurma təyyarələrini vurub
Dünya 23:40
İran ABŞ-nin yanacaqdoldurma təyyarələrini vurub
Pakistan və Türkiyənin XİN başçıları Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Dünya 22:15
Pakistan və Türkiyənin XİN başçıları Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək
Dünya 17:30
Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək
Trampın imzası ilk dəfə ABŞ dollarının üzərində əks olunacaq
Dünya 08:53
Trampın imzası ilk dəfə ABŞ dollarının üzərində əks olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol