• $
  • £

Azərbaycan Rusiyadan 1 milyard kubmetrədək qaz tədarük edəcək

Azərbaycan Rusiyadan 1 milyard kubmetrədək qaz tədarük edəcək
18.11.2022 16:21
"Qazprom” yeni müqavilə əsasında Rusiya qazının Azərbaycana tədarükünə başlayıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Müqavilə "Qazprom Eksport” MMC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanıb. Müqaviləyə əsasən, "Qazprom” 2023-cü ilin mart ayına qədər 1 milyard kubmetr qaz tədarük edəcək.


Əsas neft və qaz hasil edən ölkələrdən biri olan Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz nəql etməyə başlayıb. Bu, Trans-Adriatik qaz kəmərinin işə düşməsindən sonra mümkün olub. TAP Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) davamı olaraq 34,5 milyard avro dəyərində olan Cənub Qaz Dəhlizi layihəsinin yekun mərhələsidir. TANAP qaz kəməri Azərbaycandan Gürcüstan və Türkiyədən keçməklə Yunanıstan sərhədinə qədər uzanır. Qazın bir hissəsi 2018-ci ilin yayından Türkiyə vasitəsilə Avropaya ötürülüb.


2020-ci ilin dekabrından Azərbaycan qazı birbaşa Avropaya - Yunanıstana, daha sonra isə dənizin o tayından İtaliyanın cənubuna çatdırmağa başlayıb. Yaxın 25 ildə Azərbaycan Avropaya hər il 10 milyard kubmetrdən çox qaz verəcək. Bunun hər il 8 milyard kubmetri İtaliyaya, daha 2 milyard kubmetri isə bərabər paylarla Yunanıstan və Bolqarıstana gedir.


2022-ci il sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev TANAP qaz kəmərinin Gürcüstan və Türkiyədən keçməklə Avropaya ötürücülük qabiliyyətinin iki dəfə artırılması - ildə 32 milyard kubmetr qazın verilməsi planını açıqlayıb.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl ucuzlaşıb - məzənnə
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
İqtisadiyyat 15:09
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
İqtisadiyyat 14:20
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
İqtisadiyyat 13:38
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
İqtisadiyyat 17:32
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
Unibank Şirvanda yeni filialını açıb
İqtisadiyyat 16:27
Unibank Şirvanda yeni filialını açıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol