• $ 1.7
  • € 2.0243
  • ₽ 0.022016
  • ₺ 0.039
  • £ 2.326

Milli Məclis Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasını təsdiqləyib

Milli Məclis Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasını təsdiqləyib
18.11.2022 12:56
Milli Məclis Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib.

Bununla bağlı məsələlər parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
 
Parlamentin komitə sədri Səməd Seyidov Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində), İsrail Dövlətində (Təl-Əviv şəhərində), Keniya Respublikasında (Nayrobi şəhərində) səfirliklərinin, Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin, həmçinin Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında qanun layihələri barədə məlumat verib. Komitə sədri bildirib ki, yeni səfirlik və nümayəndəliklərin yaradılması ölkəmizin beynəlxalq əlaqələrini daha da gücləndirəcək.

Qanun layihələri barədə deputat Musa Qasımlı fikirlərini bildirdikdən sonra beş qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.






.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir
Siyasət 22:35
ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir
Azərbaycan XİN Kanadaya başsağlığı verib
Siyasət 18:17
Azərbaycan XİN Kanadaya başsağlığı verib
Azərbaycan elektrik enerjisi ixracına hazırlaşır - Prezident
Siyasət 17:50
Azərbaycan elektrik enerjisi ixracına hazırlaşır - Prezident
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
Texnologiya 17:33
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
Prezident müşavirə keçirib - Yenilənib
Siyasət 17:26
Prezident müşavirə keçirib - Yenilənib
Bayramov Ərəb Parlamentinin prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət 17:15
Bayramov Ərəb Parlamentinin prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Məsud Pezeşkian Azərbaycana təşəkkür edib
Siyasət 13:11
Məsud Pezeşkian Azərbaycana təşəkkür edib

İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib
Siyasət 12:49
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib
Vens xanımı ilə Şəhidlər Xiyabanını ziyarət edib
Siyasət 09:53
Vens xanımı ilə Şəhidlər Xiyabanını ziyarət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol