• $
  • £

Yol hərəkəti haqqında Qanuna dəyişiklik edilir

Yol hərəkəti haqqında Qanuna dəyişiklik edilir
19.11.2022 10:34
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.

İclasda komitənin üzvü Kamal Cəfərov "Yol hərəkəti haqqında” Qanuna iki məsələ ilə bağlı dəyişiklik edilməsi barədə qanun layihəsindən danışıb.
 
Nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə o 10 gün ərzində dövlət qeydiyyatından keçirilməli olacaq. Yəni, bu müddətdə nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi də nəzərdə tutulur. İclasda "Yol hərəkəti haqqında” Qanunda digər dəyişiklik də müzakirə olunub.

Konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi tələbinin müəyyənləşdirilməsi məsələsi də təklif edilib. Belə ki, qanuna dəyişikliklər trisikl və kvadrisiklərin də dövlət qeydiyyatına alınmasını nəzərdə tutur. Trisikl işçi həcmi 50 kub santimetrdən çox olan daxiliyanma mühərriki ilə hərəkətə gətirilən və ya mühərrikinin tipindən asılı olmayaraq, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olan və orta uzununa müstəviyə nəzərən simmetrik yerləşən üçtəkərli mexaniki nəqliyyat vasitəsidir.
 
Müzakirə olunan qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləklə bağlı narıncı və sarı xəbərdarlıq edilib
Cəmiyyət 14:22
Küləklə bağlı narıncı və sarı xəbərdarlıq edilib
Ağdamda kənd sakini minaya düşüb
Cəmiyyət 14:16
Ağdamda kənd sakini minaya düşüb
Temperatur 5° enəcək, yollar buz bağlayacaq- Xəbərdarlıq
Cəmiyyət 13:54
Temperatur 5° enəcək, yollar buz bağlayacaq- Xəbərdarlıq
Gəncədə 73 yaşlı kişinin meyiti tapılıb
Cəmiyyət 13:49
Gəncədə 73 yaşlı kişinin meyiti tapılıb
Azərbaycanda külək enerjisinin istehsalı 42 dəfəyə yaxın artıb
Cəmiyyət 13:40
Azərbaycanda külək enerjisinin istehsalı 42 dəfəyə yaxın artıb
Sabah yağış intensivləşəcək, subasma halları istisna olunmur
Cəmiyyət 13:33
Sabah yağış intensivləşəcək, subasma halları istisna olunmur
Kamran Əliyev nöqsanlara görə prokuroru işdən çıxarıb
Cəmiyyət 12:46
Kamran Əliyev nöqsanlara görə prokuroru işdən çıxarıb
Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur
Cəmiyyət 12:18
Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur
Kafe və restoranlara investisiyalar azalıb
Cəmiyyət 11:32
Kafe və restoranlara investisiyalar azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol