• $
  • £

KTMT-nin baş katibi və Mirzoyan keçirilən iclasda Azərbaycandan danışdı

KTMT-nin baş katibi və Mirzoyan keçirilən iclasda Azərbaycandan danışdı
23.11.2022 13:51
İrəvandakı Dvin kompleksində bu gün KTMT-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

İclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və digər yüksək rütbəli şəxslər iştirak edib. 

Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan iclasda bildirib ki, bu Ermənistan üçün çox vacib görüşdür. 

"Bizim üçün bu görüş həm də o mənada vacibdir ki, Azərbaycanın bu ilin sentyabrında Ermənistan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə təcavüzündən sonra bu formatda ilkdir. Gündəliyimizdə xarici siyasətin koordinasiyası, hərbi-siyasi əməkdaşlıq, yeni təhdidlər və çağırışlar və təbii ki, bütövlükdə Cənubi Qafqazdakı vəziyyətlə bağlı iyirmiyə yaxın sənəd var”, - Ararat Mirzoyan bildirib.

Mirzonyan çıxışından tərəflər beynəlxalq və hərbi sahədə mövcud vəziyyəti təhlil edib qiymətləndirə biləcəklərinə ümid etdiyini deyib.

KTMT-nin baş katibi Stanislav Zas İrəvanda keçirən iclasda çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan sərhədində gərginlik hələ də qalır. 

Daha sonra baş katib Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsi razılaşdırıldığını və tədbirlər KTMT-nin monitorinq missiyasının nəticələri və təklifləri əsasında hazırlandığını açıqlayıb. 

Bugün saat 15:00-da Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) iclası keçiriləcək.
 
İclasda Rusiyanın prezidenti Vladimir Putində iştirak edəcək.

İclas zamanı Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsinin qəbul ediləcəyi gözlənilir.

Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki ayda Azərbaycanda büdcədən vəsaitlərin geri qaytarılması 25 mln manat olub
Dünya 09:47
İki ayda Azərbaycanda büdcədən vəsaitlərin geri qaytarılması 25 mln manat olub
ABŞ və Ekvador narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıb
Dünya 09:39
ABŞ və Ekvador narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıb
Media: Müctəba Xamenei İranın yeni ali lideri seçilib
Dünya 09:19
Media: Müctəba Xamenei İranın yeni ali lideri seçilib
ABŞ: İrana qarşı əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir
Dünya 08:55
ABŞ: İrana qarşı əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir
Tramp: İranda “demək olar ki, hər şey məhv edilib”
Dünya 08:43
Tramp: İranda “demək olar ki, hər şey məhv edilib”
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol