• $
  • £

Rusiya neftinə qiymət məhdudiyyəti ağır nəticələrə gətirəcək - Putin

Rusiya neftinə qiymət məhdudiyyəti ağır nəticələrə gətirəcək - Putin
24.11.2022 20:15
Rusiya neftinə  qiymət məhdudiyyəti tətbiq etmək cəhdləri dəhşətli nəticələrə gətirib çıxara bilər. Bu barədə Rusiya prezidenti Vladimir Putin İraqın baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığında danışıb.

Bu cür hərəkətlər və Rusiyadan neft xammalının qiymətini məhdudlaşdırmaq cəhdləri, Putinin fikrincə, bazar münasibətləri prinsiplərinə ziddir.

Putin bildirib ki, onların qlobal enerji bazarı üçün ciddi nəticələrə səbəb olma ehtimalı yüksəkdir.

ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, Fransa, İtaliya və Kanadanın daxil olduğu G7 maliyyə nazirləri sentyabrda sanksiyaların genişləndirilməsi çərçivəsində Rusiya neftinə qiymət məhdudiyyətləri tətbiq etmək niyyətlərindən danışıblar.

Avropa İttifaqı və ABŞ 2022-ci il dekabrın 5-dən Rusiyadan neftə, 2023-cü il fevralın 5-dən isə neft məhsullarına qiymət limiti tətbiq etməyi planlaşdırır. Aİ-nin təklif etdiyi Rusiya neftinin bir barelinin 65-70 dollar qiymət limiti ilə razılaşmadığını Estoniya, Latviya və Polşa dilə gətirib. Tallinn və Varşava bunu çox yüksək qiymət hesab edir və bir barel üçün 30 dollar qiymət limitində israr edirlər. Estoniya neftin qiymətinin tavanının müəyyən edilməsində veto hüququndan istifadə etməyə hazırdır. Rusiya nefti indi endirimlə 70 dollar civarında satılır.
 
Yunanıstan, Kipr, Malta və dəniz yolu ilə neft nəqlindən pul qazanan digər ölkələr isə əksinə, bu həddi çox aşağı hesab edirlər. Onların fikrincə, bu hədd dünya neft ticarətini sarsıtmaq təhlükəsi yaradır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl bildirmişdi ki, Rusiya bu enerji resursları üçün qiymət tavanının tətbiqinə qoşulacaq ölkələrə neft və qaz tədarük etməyi planlaşdırmır

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki ayda Azərbaycanda büdcədən vəsaitlərin geri qaytarılması 25 mln manat olub
Dünya 09:47
İki ayda Azərbaycanda büdcədən vəsaitlərin geri qaytarılması 25 mln manat olub
ABŞ və Ekvador narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıb
Dünya 09:39
ABŞ və Ekvador narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıb
Media: Müctəba Xamenei İranın yeni ali lideri seçilib
Dünya 09:19
Media: Müctəba Xamenei İranın yeni ali lideri seçilib
ABŞ: İrana qarşı əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir
Dünya 08:55
ABŞ: İrana qarşı əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir
Tramp: İranda “demək olar ki, hər şey məhv edilib”
Dünya 08:43
Tramp: İranda “demək olar ki, hər şey məhv edilib”
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol