• $
  • £

Türk dövlətləri arasında yük daşımaları 70% artacaq

Türk dövlətləri arasında yük daşımaları 70% artacaq
25.11.2022 18:25
Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhlizin inkişafına əsas töhfələrdən biri olacaq, bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin o tayında Azərbaycan, Gürcüstan və Türkiyənin coğrafi mövqeyini nəzərə alsaq, bu, əlavə imkanlar yaradır. Artıq qeyd etdiyimiz kimi, ölkələrimiz arasında yüklərin tranziti artır. Mövcud məlumata görə, bu il 70% artacaq, gələn il isə bu rəqəm daha da yüksək ola bilər. Bütün bu yüklər Transxəzər marşrutu ilə Mərkəzi Asiyadan Avropaya gedir”, - Əliyev cümə günü "Orta dəhliz boyu: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” beynəlxalq konfransında bildirib.

Əliyev ikitərəfli ticarətin artırılması üçün yeni imkanların olduğunu vurğulayıb.

"Hazırda Türkiyə ilə gömrük rüsumlarından azad ediləcək malların siyahısını genişləndirmək və azad ticarət sazişi imzalamaq üzərində işləyirik. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi artıq 4 milyard dolları ötüb, digər ölkələrlə də artımın olduğunu görürük. Vacib addım odur ki, digər aparıcı oyunçular da bu marşrutu etibarlı, təhlükəsiz və iqtisadi cəhətdən cəlbedici hesab edir", -  prezident əlavə edib.

Dövlət başçısı onu da qeyd edib ki, tarif siyasətinin unifikasiyası, gömrük strukturlarının fəaliyyətinin əlaqələndirilməsi üzərində daha çox işləmək lazımdır ki, şirkətlər bu dəhlizdən təkcə vaxta deyil, həm də vəsaitə qənaət etsinlər.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 12:13
Qızıl və gümüş bahalaşıb
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol