• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

Üç ölkə Kiyevin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı bəyanat imzalayıblar

Üç ölkə Kiyevin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı bəyanat imzalayıblar
26.11.2022 15:03
Ukraynanın Baş naziri Denis Şmıqal, Polşanın hökumət başçısı Mateuş Moravetski və Litvanın Baş naziri İnqrida Smonyte rəsmi Kiyevin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı üçtərəfli bəyanat imzalayıblar.

Bunu Denis Şmıqal teleqramda yazıb.

Sənəd noyabrın 26-da Kiyevdə "Lüblin üçbucağı” formatındakı görüş çərçivəsində imzalanıb.

Bəyanatın məqsədi Ukraynaya yardımın gücləndirilməsi, həmçinin bu ölkənin NATO-ya və Avropa İttifaqına (Aİ) üzvlüyünün sürətləndirilməsidir.

Bəyanatda Ukraynaya hərbi, maliyyə və humanitar yardımın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

"Lüblin üçbucağı” Ukrayna, Litva və Polşanı birləşdirən diplomatik təşəbbüsdür. Bu alyansın yaradılması haqqında bəyannaməni iştirakçı ölkələrin xarici işlər nazirləri 28 iyul 2020-ci ildə Polşanın Lüblin şəhərində imzalayıblar. Bu format çərçivəsində Varşava, Vilnüs və Kiyev siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlıq edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Siyasət 10:02
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Zelenski sabah Türkiyəyə səfər edəcək
Siyasət 12:39
Zelenski sabah Türkiyəyə səfər edəcək
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Siyasət 11:13
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol