• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Banklar xarici valyutanın alqı-satqısı üzrə əməliyyatları artırıb

Banklar xarici valyutanın alqı-satqısı üzrə əməliyyatları artırıb
28.11.2022 17:59
Azərbaycanda banklar 2022-ci ilin 9 ayında  nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatları təxminən 1,5 dəfə artırıb. Bu barədə Mərkəzi Bank məlumat verib. 

2022-ci ilin yanvar-sentyabrında Azərbaycanda banklar ümumilikdə 3,9 milyard ABŞ dolları məbləğində nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar həyata keçirib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 46,9% çoxdur.

"Hesabat dövründə bankların nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlarının həcmi 3,9 milyard dollar təşkil edib ki, bunun da 87,2 faizi ABŞ dollarının payına düşüb”, - deyə Mərkəzi Bank bildirib. .

Eyni zamanda, 2022-ci ilin birinci rübündə belə əməliyyatların həcmi 1,2 milyard dollar, ikinci rübdə 1,4 milyard dollar, üçüncü rübdə  isə 1,3 milyard dollar təşkil edib.

Mərkəzi Bank qeyd edib ki, bu ilin birinci rübündə nağd xarici valyuta satışının yüksək olması səbəbindən nağd xarici valyutanın xalis satışı 9 ayda 48,1% artıb. Eyni zamanda aprel-sentyabrda vəziyyət dəyişib və banklar tərəfindən valyuta alışı satışı üstələyib.

Mərkəzi Bank vurğulayıb ki, 2022-ci ilin 9 ayı ərzində Azərbaycanda nağdsız valyuta bazarının həcmi 22,3 milyard ABŞ dolları təşkil edib (2021-ci ilin yanvar-sentyabrı ilə müqayisədə 16,3% artıb).
 
"Valyuta bazarında aparılan əməliyyatların 84,5%-i dolların, 15,5%-i isə digər valyutaların payına düşüb", - Mərkəzi Bankdan bildirilib.

Mərkəzi Bankdan verilən məlumata görə, nağdsız valyuta əməliyyatlarının 29,6 faizi banklararası valyuta bazarında, 70,4 faizi isə bankdaxili valyuta bazarında aparılıb.

9 ayda banklararası valyuta bazarında əməliyyatların 99,1%-i ABŞ dolları ilə aparılıb. "Hesabat dövründə əməliyyatların həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 19,9% artaraq 6,6 milyard dollar ekvivalentində olub. Banklararası valyuta bazarında valyuta əməliyyatlarının dövriyyəsi əsasən Bloomberg platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

Bankdaxili valyuta bazarında aparılan valyuta əməliyyatlarının həcmi 15,7 milyard dollar (artım 14,8%) ekvivalentində olub ki, bunun da 78,3%-i ABŞ dolları ilə aparılıb. Bankdaxili valyuta bazarında aparılan valyuta əməliyyatlarının 93 faizi hüquqi şəxslərlə aparılan əməliyyatların payına düşüb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol