• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Azərbaycanda cinayət araşdırmaları ilə bağlı qaydalara dəyişiklik edilir

Azərbaycanda cinayət araşdırmaları ilə bağlı qaydalara dəyişiklik edilir
08.04.2014 23:14
Azərbaycanda cinayət işinin aparılması prosesi ilə əlaqədar prokurorun, təhqiqat orqanlarının məsuliyyəti və səlahiyyəti artırılır.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə göndərilən layihədə Cinayət - Prosessual Məcəlləsinin 86-cı maddəsinə dəyişiklik nəzərdə tutulur.

 Layihəyə əsasən, təhqiqatçının bu məcəllə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməsinə mane olan hallar (vəfat etməsi, ağır xəstəliyə tutulması və sair) yarandıqda, cinayət işinin digər təhqiqatçının icraatına verilməsi barədə vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndəriləcək. Digər əlavəyə görə isə zərər çəkmiş şəxsin, şahidin və cinayət prosesində iştirak edən digər şəxslərin təhlükəsizliyi üçün tədbirlər görülməsi ilə əlaqədar vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndəriləcək. Qanuna əlavə edilən 86.9-cu maddəsinə görə isə təhqiqat orqanının rəhbəri təhqiqat orqanı əməkdaşlarının bu məcəllə ilə müəyyən edilmiş hüquq və vəzifələrinin həyata keçirilməsini, məhkəmənin, prokurorun, müstəntiqin və təhqiqatçının qərar, göstəriş və ya tapşırıqlarının icrası üçün müvafiq tədbirlər görülməsini təklif edəcək, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiqini yoxlamaq imkanını təmin edəcək. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Masazırda yaşayış binasında yanğın baş verib, zəhərlənən var - Video
Cəmiyyət 21:07
Masazırda yaşayış binasında yanğın baş verib, zəhərlənən var - Video
Zaqatalada minik avtomobili aşıb, ölən və yaralanan var
Cəmiyyət 20:24
Zaqatalada minik avtomobili aşıb, ölən və yaralanan var
Şamaxıda zəlzələ olub
Cəmiyyət 19:13
Şamaxıda zəlzələ olub
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 17:47
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 17:30
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Ötən gün itkin düşmüş 5 nəfər tapılıb
Cəmiyyət 17:23
Ötən gün itkin düşmüş 5 nəfər tapılıb
Dövlət Komitəsi “Qobu Park”da binaların vəziyyəti ilə bağlı iddialara cavab verib
Cəmiyyət 17:09
Dövlət Komitəsi “Qobu Park”da binaların vəziyyəti ilə bağlı iddialara cavab verib
Külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:50
Külək güclənəcək - XƏBƏRDARLIQ
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 14:52
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol