• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Dövlət Bağçalıdan “Ərdoğan" bəyanatı

Dövlət Bağçalıdan “Ərdoğan" bəyanatı
08.04.2014 20:00

“Danışılanlara görə, heç prezident seçkisi keçirməyə ehtiyac qalmayıb, baş nazirlə hörmətli Gül öz aralarında anlaşanda məsələ həll olunacaq.

77 milyonluq ölkədə prezidentliyə iki nəfərin layiq görülməsi millətimizə hörmətsizlikdir”.APA-nın xəbərinə görə, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı partiyasının parlament fraksiyasının toplantısında çıxışında deyib. D. Bağçalı bildirib ki, prezident bütün milləti təmsil edən, barəsində hər hansı şübhə və korrupsiya iddiası olmayan şəxs seçilməlidir: “Əvvəlcə muxtariyyətə, sonra Quzey Kürdüstana açıq qapı buraxandan prezident olmaz. Cəmiyyəti qütblərə və 36 yerə ayırandan prezident olmaz. “Twitter”i əngəlləyən, “YouTube”u bağlayan, fərdi hüquqları məhdudlaşdırandan prezident olmaz. Rüşvətçilərə, oğrulara qol-qanad gərəndən prezident olmaz. Villalara dollarlar toplayan, orduya tələ qurandan prezident olmaz. Millətçiliyi ayaqlar altına alandan prezident olmaz. İki yanlışdan bir doğru çıxmaq. Təkədən süd çıxmaz, suda od yanmaz, Rəcəb Tayyib Ərdoğandan da prezident olmaz“. Xatırladaq ki, bu il avqustun 10-da Türkiyədə prezident seçkiləri keçiriləcək. Prezidenti ilk dəfə olaraq xalq seçəcək.  ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İndoneziyada 6,5 maqnitudada zəlzələ baş verib
Dünya 21:41
İndoneziyada 6,5 maqnitudada zəlzələ baş verib
Moskvadan İrəvana uçan təyyarədə yanğın olub
Dünya 20:03
Moskvadan İrəvana uçan təyyarədə yanğın olub
Tehran və İrəvan arasında reyslər ləğv edilib
Dünya 19:38
Tehran və İrəvan arasında reyslər ləğv edilib
Израиль и ХАМАС готовятся к новой войне
Dünya 18:30
Израиль и ХАМАС готовятся к новой войне
İranda etirazçılar SEPAH generalının oğlunu öldürüb
Dünya 18:25
İranda etirazçılar SEPAH generalının oğlunu öldürüb
İzmirdə miqrantları daşıyan qayıq batıb: ölənlər var
Dünya 16:24
İzmirdə miqrantları daşıyan qayıq batıb: ölənlər var
İrandakı etirazlarda daha bir polis əməkdaşı öldürülüb
Dünya 14:36
İrandakı etirazlarda daha bir polis əməkdaşı öldürülüb
Pakistan vətəndaşlarını İrana səfər etməməyə çağırıb
Dünya 12:07
Pakistan vətəndaşlarını İrana səfər etməməyə çağırıb
İranda etirazlar davam edir
Dünya 10:15
İranda etirazlar davam edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol