Azərbaycanda təhqiqat orqanının adı dəyişdirilir
Azərbaycan qanunvericiliyində təhqiqat orqanının adı, təhqiqatçının prokuror qarşısında öhdəliyi dəyişdirilir, ixtisarlar edilir və prokurorun səlahiyyətinə məhdudiyyətlər qoyulur.Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən parlamentə göndərilən layihədə bununla bağlı Cinayət-Prosessual Məcəllənin 86-cı maddəsinə dəyişikliklər edilib. Layihəyə əsasən, məcəllədə “Təhqiqat orqanı” adı dəyişdirilərək “İxtisaslaşmış təhqiqat qurumu” adlanacaq. Bundan başqa, təhqiqatçının öz vəzifəsinin icrası zamanı prokuror qarşısındakı öhdəlikləri sırasından “prokurorun əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiqini yoxlamaq imkanını təmin etməsi” vəzifəsi çıxarılaraq ləğv edilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox