Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus restoran “Paşa Holdinq”in tərkibinə daxil edilib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan "Günaydın” restoranı "Paşa Holdinq”in tərkibinə daxil edilib. Bu barədə məlumat Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan "Gilan Holdinq”in rəsmi veb-saytında da yer alıb.
Xətai pr., ev 51 ünvanında yerləşən "Günaydın” restoranı 2012-ci ildən fəaliyyət göstərir. Restoran Türkiyənin eyni adlı restoronlar şəbkəsinin françayzi kimi fəaliyyət göstərib.
"Gilan Holdinq”ə Kəmaləddin Heydərovun oğlanları -Tale və Nicat Heydərovların rəhbərlik etdiyi bildirilir. Tale Heydərovun "Linkedin” sosial şəbəkə hesabında onun hal-hazırda "Gilan Holdinq”in İdarə heyətinin sədri olduğu qeyd olunub.
"Günaydın” restoranının adı artıq "Paşa Holdinq”ə məxsus rəsmi veb-sayta da əlavə edilib.
"Paşa Holdinq” ilə eyni hüquqi ünvanda – Neftçilər pr., 153-də qeydiyyatda olan "Bakı Boulevard Gunaydın” MMC-nin (VÖEN – 1405381901) qanuni təmsilçisi Zafer Zencır eyni zmanda Xətai pr., ev 51 ünvanında qeydiyyatda olan "Bakı Günaydın” MMC-nin (VÖEN – 1502077621) qanuni təmsilçisidir.
www.anews.az