Moldovada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib
Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin (MAK) və ASAP-ın təşkilatçılığı ilə Moldovanın paytaxtı Kişinyov şəhərində bir qrup azərbaycanlı gənclərlə görüş keçirilib.
Görüşdə Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri cənab Qüdsi Osmanov, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) icraçı direktoru Rafael Hacıbəyli və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev iştirak edib. Azərbaycan-Moldova əlaqələrinin bütün sahələrdə olduğu kimi gənclər sahəsində də uğurla inkişafı, iki ölkə arasında dostluq əlaqələrinin gələcək perspektivləri vurğulanıb.
Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) İctimaiyyətlə Əlaqələr Xidməti
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər