Keçmiş prezident aksiyaya dəstək olub
İranın keçmiş prezidenti Məhəmməd Hatəmi ölkədəki aksiyalara dəstək verib. Bu barədə İran mediasında məlumat yayılıb.
O vurğulayıb ki, İran cəmiyyəti "Qadın, həyat, azadlıq" şüarı ilə daha yaxşı gələcək arzusunu nümayiş etdirir.
"Azadlıq və təhlükəsizlik bir-birinə zidd olmamalıdır. Təhlükəsizlik naminə azadlıq pozula bilməz və azadlıq naminə təhlükəsizliyə laqeyd yanaşmaq olmaz", - Hatəmi əlavə edib.
Hatəmi 1997-2005-ci illərdə İranda hakimiyyətdə olub.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər