Türkiyə Rusiya ilə 25%-dən çox qaz endirimini müzakirə edəcək
Dekabrın 9-da Türkiyə nümayəndələri Ankarada Rusiya nümayəndə heyəti ilə qaza 25%-dən çox endirim əldə etmək imkanını müzakirə edəcəklər. Bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin məlumatına görə, Türkiyə endirimin təkcə 2023-cü ildə ödənişlərə deyil, 2022-ci ildə bəzi əməliyyatlara da şamil olunmasını istəyir.
Türkiyə istənilən səviyyədə endirimlə razılaşmasa, ödənişlərin 2024-cü ilə qədər təxirə salınmasını istəyəcək.
Agentlik bildirir ki, Rusiya ilə razılaşma yüksək inflyasiyaya meyilli olan türk lirəsi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana elektrik və qaz qiymətlərinin yüksəlməsindən qaçmaq və bununla da onun 2023-cü ildə keçiriləcək seçkilər ərəfəsində populyarlığını artırmaq üçün təzyiqləri azaltmağa kömək edəcək.
Sentyabrda Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı qaza 25% endirim tələb etmək niyyətində olduğu bildirilmişdi. Daha sonra Bloomberg qeyd edib ki, Türkiyə lideri 2023-cü ildə keçiriləcək seçkilərə qədər problemli iqtisadiyyatı sabitləşdirmək üçün Rusiya ilə ən yaxın maliyyə əlaqələri axtarır.
www.anews.az

Rusiya baş nazirinin müavini Aleksandr Novak da bildirib ki, Rusiya Türkiyə istehlakını artırarsa, ona qaz tədarükünü artırmaq niyyətindədir.
Gülnar Nazimqızı
www.anews.az