Ərdoğan Putin ilə danışıqlar aparacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 11-də Rusiya Prezidenti Vladimir Putinlə danışacaq. Bu barədə o özü "TRT World” forumunda çıxışında vurulayıb.
Görüşün məqsədi "Taxıl sazişi”ni davam etdirmək, xüsusilə kasıb ölkələrə taxıl ixrac etmək olduğu bildirilib.
Ərdoğan həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışacağını da söyləyib.
Ərdoğanın sözlərinə görə, bütün dünya görüb ki, Türkiyə sülh üçün çalışır.
"Səylərimizi gələcəkdə də davam edəcəyik”,- Ərdoğan vurğulayıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər