• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Sülhməramlıların ailələri Qarabağa yerləşdirilə bilərmi? - AÇIQLAMA

Sülhməramlıların ailələri Qarabağa yerləşdirilə bilərmi? - AÇIQLAMA
09.12.2022 17:54
Qarabağda müvəqqəti yerləşən 1500 sülhməramlıların ailələri Qarabağa köçürülür. Bu barədə Ermənistan mətbuatinda məlumat paylaşılıb. 

Bildirilir ki, Qondarma "Dağlıq Qarabağ” ın prezidenti Araik Artunyan 1500 Rusiya sülhməramlısının ailəsinin gətirilməsi ilə bağlı Rusiyada ən yüksək məhkəmə instansiyalarına müraciət edib və bununla bağlı təminat da alıb. 

Siyasi məsələlər üzrə ekspert Əziz Əlibəylinin fikrincə bunun heç bir qanuni əsasə yoxdur. 

"Sülhməramlılar Qarabağda müvvəqəti xidmət etmək üçün yerləşdirilib. Bir rus əsgəri də bölgədə təxminən 6-9 ay xidmət etdikdən sonra ölkəsinə qayıdır. Ailələrinin Qarabağa gətirilməsi heç bir formada reallaşa bilməz”, - ekspert söyləyib. 

Əziz Əlibəyli deyir ki, bu sadəcə Azərbaycan üçün növbəti təxribat ola bilər. 

"Separatçılar Rusiyanı bu məsələdə öz düşüncəsinə alət etməyə çalışır. Qarabağ erməniləri Rusiya məhkəməsi qarşısında tərəf olmu hesab olunurlar, yəni leqallaşmış olurlar. 1500 əsgərin ailəsi olduğuna hardan dəqiqləşdirə bilərik? Sadəcə ola bilər ki, 1500 nəfər əsgər adına separatçıların ailə üzvləri və ya Ermənistandan köçürülən kimlərsə olacaq”, - Əlibəyli söyləyib. 

Milli Məclisin Milli Təhlükəsizlik Komitəsinin üzvü Aqil Abbasın deyir ki, Azərbaycan buna icazə verməyəcək.

"Biz belə bir qərarın icra olunmasına icazə verməyəcəyik. Qarabağda müvəqqəti yerləşən sülhməramlılar sadəcə öz missiyalarını yerinə yetirmək üçün gəliblər. Ailələrini gətirəndə sülhü necə bərpa edəcəklər ki? Ayrıca Qarabağda yerləşən sülhməramlıların hamısının  artıq erməni həyat yoldaşları var”, - deputat bildirib. 

2000-ə yaxın Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanat açıqlandıqdan dərhal sonra Qarabağda və eni 5 km olan Laçın dəhlizində yerləşdirilib.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyannaməyə görə, Rusiya sülhməramlı kontingentin qalma müddəti "5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır."

2020-ci ilin sentyabr ayında başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin böyük hissəsini işğaldan azad edib. Müharibədən sonra Azərbaycanın Qarabağ bölgəsində erməni əhali yaşayır.

Sülhməramlıların fəaliyyətinin başa çatmasına 3 il vaxt qalıb. 

2022-ci il oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşündə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin mandatının uzadılması məsələsi  müzakirə olunub.

Ermənistanın baş naziri Nikol Paşinyan sülhməramlıların Qarabağda yerləşməsinin vaxtının uzadılmasını təklif edib, lakin təklifin rədd edildiyini bildirib. 

"Biz mandatın qeyri-müəyyən müddətə - 5, 20 il müddətinə uzadılmasını təklif etdik. Qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktuallaşıb və gündəliyə salınacaq. 9 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən, 5 illik müddətə altı ay qalmış tərəflərdən heç biri etiraz etmədikdə, sülhməramlıların mandatı avtomatik olaraq yenilənir. İrəvan üçün sülhməramlıların mandatının avtomatik uzadılmasına tərəflərdən heç birinin etirazı olmadığı və etməyəcəyi faktını möhkəmləndirməsi vacibdir", - Paşinyan deyib.

Görüşdən sonra mətbuata açıqlama verən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, sülhməramlıların mandatının uzadılması ilə bağlı qərar sülh müqaviləsinin bağlanmasından, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasından asılıdır. 

Bir neçə gün öncə Müdafiə Nazirliyi Rusiya Federasiyasının sülhməramlı kontingentinə xəbərdarlıq edərək Azərbaycan ərazilərinin adlarının erməni toponimlərlə qeyd olunmasına rəsmi narazılığını bildirib. 

"Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilib.
 
Nazirlik Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarını tərəfimizdən göndərilən rəsmi sənəd və xəritələrə uyğun qaydada düzgün toponimlərlə ifadə etməyə çağırıb. 
 
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 03.12.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonu, "Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq Ağdərə və Xocavənddir.

Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov Azərbaycanın Müdafiə Nazirliyinin Rusiya sülhməramlılarının rəsmi məlumatlarında ərazilərin adlarını uydurma erməni toponimləri ilə qeyd etməsi ilə bağlı Real tv-yə müsahibəsində Azərbaycan tərəfinin yer adlarını necə var elə də yazıldığını vurğulayıb.

"Bir daha buradan mən elan etmək istəyirəm ki, biz bütün toponimləri dəstəkləyirik. Biz Azərbaycan tərəfinin yer adlarını necə var elə də yazırıq.Məsələn: yazırıq Xankəndi, yazırıq Ağdərə. Bizim generalştabın xəritələrində isə adlar sovet dövründən qalıb. Stepanakert, Mardakert yazılıb. Toponimlərə nə aiddirsə biz ona hörmət edərək Azərbaycanda necə səslənirsə elə də yazırıq. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində bütün sənədlərdə də yer adları Azərbaycan tərəfinin bizə göndərdiyi kimi yazılır. Rusiya Müdafiə Nazirliyinin saytında adlar başqa cür yazılır. Biz sülhməramlılar necə lazımdırsa, elə də yazırıq. Siz bizim sənədləri yoxlaya da bilərsiniz. Təəssüf ki, mən onlara görə cavab verə bilmərəm. Orada, hansınsa saytda səhv yazıla bilər. Biz necə lazımdırsa elə də yazırıq”- bildirib. 
 
Erməni mətbuatı yazır ki, əgər sülhməramlılar Qarabağı tərk etsə onlarla birlikdə Qarabağda yaşayan ermənilər də oradan çıxacaq. 
 
Gülnar Nazimqızı 
 
İstiqamət: 5.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;
Qeyd : Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol