• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Səddam Hüseynin yazdığı roman aşkarlandı - FOTO

Səddam Hüseynin yazdığı roman aşkarlandı - FOTO
08.04.2014 09:13
Səddam Hüseyin məhəbbət romanları yazırmış. ANS PRESS-in məlumatına görə, İraqın mərhum prezidenti "Zəbibə və Şah" adlı roman müəllifidir. Roman 2000-ci ildə əvvəlcə İraqda müəllifsiz buraxılırdı. Daha sonra kitab Səddam Hüseyn müəllifiliyi ilə çıxmağa başladı. 2001-ci ilin axırında Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi Londonun kitab mağazasında "Şah və Zəbubə" adlı kitaba rast gəlirlər.Onlar belə hesab edir ki, kitab Səddam Hüseynin sifarişi ilə başqa bir müəllif tərəfindən yazılıb. Roman İraqda ən çox satılan kitab olub. Kitabın süjeti məhəbbət və inqilab əsasında yazılıb. Belə ki, Mesopotamiya şahı Zəbibə adlı adi bir qadına aşiq olur. Onların arasında sevgi macərası yaşanır. Qadın şaha sadə xalqın əzablarından danışır. Şah islahatlar edir ki, bu da sarayı, arvadını və digər nüfuzlu şəxsləri ona qarşı qaldırır. İslahatların əleyhinə olanlar şaha bir neçə dəfə sui-qəsr təşkil edir. Zəbibənin sayəsində bu cəhdlər uğursuzluqla nəticələnir. Bundan sonra elit təbəqə qiyam qaldırır. Qiyam da xalqın və ordunun sayəsində yatırılır. Zəbibə 1991-ci il 17 yanvar tarixində inqilab zamanı, "Səhrada fırtına" əməliyyatının başladığı gün həlak olur. Bu zaman xalqın nümayəndələri yeni demokratik konstitusiya qurmaq üçün sarayda toplaşır. Daha sonra şah hakimiyyətdən uzaqlaşır və vəfat edir. Tənqidçilər hesab edir ki, Səddam əsərdə şah kimi özünü təsvir edib. Kitabın rus dilində tərcüməsi 2003-cü ildə işıq üzü görür.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İndoneziyada 6,5 maqnitudada zəlzələ baş verib
Dünya 21:41
İndoneziyada 6,5 maqnitudada zəlzələ baş verib
Moskvadan İrəvana uçan təyyarədə yanğın olub
Dünya 20:03
Moskvadan İrəvana uçan təyyarədə yanğın olub
Tehran və İrəvan arasında reyslər ləğv edilib
Dünya 19:38
Tehran və İrəvan arasında reyslər ləğv edilib
Израиль и ХАМАС готовятся к новой войне
Dünya 18:30
Израиль и ХАМАС готовятся к новой войне
İranda etirazçılar SEPAH generalının oğlunu öldürüb
Dünya 18:25
İranda etirazçılar SEPAH generalının oğlunu öldürüb
İzmirdə miqrantları daşıyan qayıq batıb: ölənlər var
Dünya 16:24
İzmirdə miqrantları daşıyan qayıq batıb: ölənlər var
İrandakı etirazlarda daha bir polis əməkdaşı öldürülüb
Dünya 14:36
İrandakı etirazlarda daha bir polis əməkdaşı öldürülüb
Pakistan vətəndaşlarını İrana səfər etməməyə çağırıb
Dünya 12:07
Pakistan vətəndaşlarını İrana səfər etməməyə çağırıb
İranda etirazlar davam edir
Dünya 10:15
İranda etirazlar davam edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol