Avropa Parlamentinin vitse-prezidenti korrupsiya iddiası ilə həbs edilib
Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili Qətərdən "pul kisələri” gətirməsi ittihamı ilə həbs edilib.
Bu barədə "EURONEWS" məlumat verib.
Avropa Parlamentinin üzvləri bazar ertəsi Strasburqda sessiya zamanı toplaşarkən, korrupsiya qalmaqalı AB Parlamentini silkələyib. Həftə sonu polis araşdırması çərçivəsində dindirilən altı nəfərdən dördü ittiham olunub.
İttiham edilənlərdən biri olan Yunan sosialist Avropa Parlamentinin deputatı Eva Kaili, Belçika müstəntiqlərinin onun evində "pul kisələri" tapdıqlarını söylədikdən sonra barəsində həbs qətimkan tədbiri seçilib. Polis təhqiqatı Qətər tərəfindən mümkün çəki alverini araşdırır. Doha ittihamları rədd edib.
Aİ-nin iqtisadiyyat üzrə komissarı Paolo Gentiloni bazar günü bildirib ki, bu iş "utanc verici və dözülməzdir", parlamentin nüfuzuna "çox ciddi" zərbə vurur.
"Əgər kiminsə Avropa Parlamentinin rəyinə təsir etmək üçün pul götürdüyü təsdiqlənsə, bu, həqiqətən də son illərin ən dramatik korrupsiya hekayələrindən biri olacaq”,- o əlavə edib.
Lida Abbaslı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər