• $
  • £

ABŞ Kiyevə 13 milyon dollar dəyərində enerji avadanlıqları göndərib

ABŞ Kiyevə 13 milyon dollar dəyərində enerji avadanlıqları göndərib
13.12.2022 09:55
ABŞ Ukraynanın enerji infrastrukturunun ehtiyacları  üçün 13 milyon dollar dəyərində avadanlıq göndərib. Bu barədə Reuters ABŞ administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb.

Birinci partiyada təxminən 13 milyon dollar dəyərində avadanlıq verilib.  Yük Amerika hərbi bazalarından birindən göndərilib.

Göndərmə noyabrdan elan edilmiş 53 milyon dollarlıq yardım paketinin bir hissəsinə aid olduğu bildirilib.
 
Agentliyin digər bir məlumatına görə,  bu həftə ABŞ-dan daha iki yük göndəriləcək.
 
"Bizim strategiyamız ilk növbədə Ukraynaya özünü mülki enerji infrastrukturuna məqsədyönlü hücumlardan qorumağa kömək etməkdir, çünki bu, humanitar fəlakətə səbəb ola bilər”, - ABŞ rəsmisi bildirib.

Məlumata görə, Vaşinqtondan  yardım paketinə paylayıcı transformatorlar və digər avadanlıqlar daxil olacaq. Dövlət Departamentində qeyd edildiyi kimi, yeni yardım ABŞ-ın Ukraynanın enerji sektoruna dəstək üçün əvvəllər təcili yardım kimi ayırdığı 55 milyon dollara əlavə olacaq. 
 
Agentlik vurğulayır ki, ümumilikdə Rusiya xüsusi hərbi əməliyyata başlayandan bəri Vaşinqton Kiyevə "Ukraynanın enerji sektorunun təmiri, saxlanması və gücləndirilməsi üçün” 145 milyon dollar ayırıb.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. Bundan sonra Qərb Rusiyaya qarşı irimiqyaslı sanksiyalar tətbiq etdi və Kiyevə silah və hərbi texnika tədarükünü milyardlarla dollar artırıb.(TASS)
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki ayda Azərbaycanda büdcədən vəsaitlərin geri qaytarılması 25 mln manat olub
Dünya 09:47
İki ayda Azərbaycanda büdcədən vəsaitlərin geri qaytarılması 25 mln manat olub
ABŞ və Ekvador narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıb
Dünya 09:39
ABŞ və Ekvador narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıb
Media: Müctəba Xamenei İranın yeni ali lideri seçilib
Dünya 09:19
Media: Müctəba Xamenei İranın yeni ali lideri seçilib
ABŞ: İrana qarşı əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir
Dünya 08:55
ABŞ: İrana qarşı əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir
Tramp: İranda “demək olar ki, hər şey məhv edilib”
Dünya 08:43
Tramp: İranda “demək olar ki, hər şey məhv edilib”
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol