Gürcüstanın sabiq prezidentinin yeni görüntüləri yayıldı - VİDEO
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin müalicə almaq üçün köçürüldüyü "Vivamed” klinikasından yeni video görüntüləri sosial şəbəkələrdə yayılıb.
"İmedi TV”-yə müsahibə verən xəstəxananın direktoru Nino Nadiradze tibbi personalın böyük təzyiq altında olduğunu qeyd edib.
Direktor eks-prezidentin tərəfdarlarının həkimlərə qarşı rəftarından narazıdır.
Onun sözlərinə görə, hər gün həkimlərə psixoloji və mənəvi dəstək, təsəlli verməli olur.
Həbsdə olan Saakaşvilinin səhhəti pisləşib. Aclıq aksiyası keçirərkən götürülmüş analiz nəticəsində onun bədənindən ağır metallar aşkar olunub.
Onun sözlərinə görə, hər gün həkimlərə psixoloji və mənəvi dəstək, təsəlli verməli olur.
Həbsdə olan Saakaşvilinin səhhəti pisləşib. Aclıq aksiyası keçirərkən götürülmüş analiz nəticəsində onun bədənindən ağır metallar aşkar olunub.
Hazırda sabiq prezidentin müalicəsi davam etdirilir.
Siyasi fəaliyyətinə 1995-ci ildə başlayan Saakaşvili Gürcüstan parlamentinin deputatı seçilib. 2000-ci ildə ədliyyə naziri vəzifəsinə təyin edilib. Sonra Tiflis meri seçilib. 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub.
2021 -ci ilin oktyabrında Mixail Saakaşvili, 2013 -cü ildən Gürcüstan xaricində mühacirətdə olduqdan sonra ölkəsinə qanunsuz qayıtdıqdan sonra həbs edilib. 2022-ci il iyunun 28-də Avropa Şurası Parlament Assambleyası bəyannamə dərc edib və orada bildiriblər ki, o, təcili olaraq xaricdə xüsusi müəssisədə müalicə olunmalıdır.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər