• $
  • £

Prezident onlara yüksək vəzifə verdi

Prezident onlara yüksək vəzifə verdi
17.12.2022 16:27
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavinləri təyin olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Elnur Bağırov, Cəfər Babayev və İlqar Həsənov İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavinləri təyin olunub.

Elnur Bağırov Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alıb. O, əmək fəaliyyətinə 1995-ci ildə "Philip Morris” şirkətində başlayıb, "Coca-Cola”, "İmperial Tobacco” kimi şirkətlərdə rəhbər vəzifələri icra edib. 2021-ci ildən yeni vəzifəyə təyin edilənədək isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

İxtisasca hüquqşünas olan Cəfər Babayev Bakı Dövlət Universitetində Beynəlxalq hüquq, "Chevening” Təqaüd Proqramı çərçivəsində İngiltərənin Uorvik (Warwick) Universitetində Beynəlxalq iqtisadi hüquq, həmçinin İspaniyanın "İE Biznes” Məktəbində MBA üzrə təhsil alıb. O, əmək fəaliyyətinə 2002-ci ildə "Baker & Mckenzie - Cis Ltd” şirkətində hüquqşünas olaraq başlayıb. Cəfər Babayev bir sıra təşkilat və özəl şirkətlərdə hüquq, biznesə dəstək, korporativ idarəetmə üzrə müxtəlif vəzifələri icra edib. 2021-ci ildən yeni vəzifəyə təyin edilənədək isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsində çalışıb.

İlqar Həsənov təhsilini Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə alıb, York Universitetinin "Schulich” Biznes Məktəbinin məzunudur. Müxtəlif özəl şirkətlərdə iqtisadçı, direktor, eləcə də müstəqil biznes məsləhətçisi olaraq çalışıb.  2020-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunda Baş direktorun müavini, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri vəzifəsini icra edib. (qafqazinfo.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol