• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Corc Buş: "Putin itimi təhqir edib"

Corc Buş: "Putin itimi təhqir edib"
07.04.2014 14:45
ABŞ-ın eks prezidenti kiçik Corc Buş özünün dünya liderlərinin portretlərindən ibarət sərgisinin açılışı ilə bağlı öz qızı Conna Buş Xeyqerin "Today" teleproqramına müsahibə verib. ANS PRESS-in məlumatına görə, Buş portretlərini çəkdiyi bütün dünya liderlərinin xarakteristikasını verərkən, Rusiya prezidenti Vladimir Putinlə görüşündən danışaraq onun bəzi xasiyyətlərini üzə çıxarıb: "Putin bizim sevimli itimiz barəsində hörmətsiz sözlər işlətdi. O, mənim ürəyimdə xüsusi yer tutan Barniyə baxıb, "Siz buna it deyirsiz?" dedi."C.Buş söhbətinə belə davam edib: "Bir ildən sonra biz sənin ananla Putinin dəvəti ilə onlara getdik. Vladimir dedi:"Mənim itimi görmək istəyirsiz?" Və qarşımıza nəhəng tazı çıxdı. Görünür Şotland teryerindən böyük idi və Putin mənə baxdı və dedi: "Barnidən güclü və sürətlidir".ABŞ-ın keçmiş prezidenti o zaman Putinin şəxsiyyəti barədə düşünməyə başladığını söyləyib: "Mən sadəcə buna diqqət yetirdim, lakin reaksiya vermədim. Sadəcə dedim: "Mənim itim səninkindən böyükdür" deyən şəxs maraqlı personajdır."C.Buş prezident olduğu dövrlərdə Putinlə bir neçə dəfə görüşdüyünü, lakin münasibətlərinin sonda gərginləşdiyini deyib: "Mən onu çox yaxşı tanıyırdım. Vladimir - ABŞ-a daha çox düşmən kimi baxan bir insandır. Baxmayaraq ki, o, bu hisslərini dilə gətirməmişdi, mən onun dünyaya belə baxdığını görürdüm; ya ABŞ xeyir götürməlidir, Rusiya isə dözməlidir, ya da əksinə. Əlbətdə ki, mən onun bu fikirlərini dağıtmağa cəhd etdim."Son illər rəssamlıqla ciddi məşğul olan ABŞ-ın eks-prezidenti kiçik Corc Buş rəsm əsərlərini nümayiş etdirmək qərarına gəlib. "Liderlik incəsənəti: prezidentin şəxsi diplomatiyası" adlanan sərgidə, ABŞ-ın 43-cü prezidentinin çəkdiyi 20 dünya liderinin portreti ilk dəfə nümayiş olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İndoneziyada 6,5 maqnitudada zəlzələ baş verib
Dünya 21:41
İndoneziyada 6,5 maqnitudada zəlzələ baş verib
Moskvadan İrəvana uçan təyyarədə yanğın olub
Dünya 20:03
Moskvadan İrəvana uçan təyyarədə yanğın olub
Tehran və İrəvan arasında reyslər ləğv edilib
Dünya 19:38
Tehran və İrəvan arasında reyslər ləğv edilib
Израиль и ХАМАС готовятся к новой войне
Dünya 18:30
Израиль и ХАМАС готовятся к новой войне
İranda etirazçılar SEPAH generalının oğlunu öldürüb
Dünya 18:25
İranda etirazçılar SEPAH generalının oğlunu öldürüb
İzmirdə miqrantları daşıyan qayıq batıb: ölənlər var
Dünya 16:24
İzmirdə miqrantları daşıyan qayıq batıb: ölənlər var
İrandakı etirazlarda daha bir polis əməkdaşı öldürülüb
Dünya 14:36
İrandakı etirazlarda daha bir polis əməkdaşı öldürülüb
Pakistan vətəndaşlarını İrana səfər etməməyə çağırıb
Dünya 12:07
Pakistan vətəndaşlarını İrana səfər etməməyə çağırıb
İranda etirazlar davam edir
Dünya 10:15
İranda etirazlar davam edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol