Böyük Britaniya və UKrayna arasında 304 milyon dollarlıq müqavilə imzalanacaq
Gələn il Böyük Britaniya Ukraynaya artilleriya qurğularının fasiləsiz axınını təmin etmək üçün 304 milyon dollarlıq müqavilə imzalanacaq. Bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakın yaydığı bəyanatda deyilir.
www.anews.az
Məlumata görə, 2022-ci ildə Britaniya hökuməti Kiyev hakimiyyətinə 100 mindən çox artilleriya sursatı göndərib.
Ukraynaya yeni hərbi təchizatla bağlı Britaniya Riqada keçiriləcək Birgə Ekspedisiya Qüvvələrinin sammiti ərəfəsində bəyan edib.
Sunakın məlumatına görə, iclasda krallığın baş naziri 2023-cü ildə həmkarlarını ən azı Ukraynaya yardımın həcmini indiki səviyyədə saxlamağa çağıracaq.
Ukrayna prezidenti Vladimir Zelenski sammitdə uzaqdan iştirak edəcək. Bildirilir ki, tədbir zamanı liderlər Ukraynaya hava hücumundan müdafiə sisteminin təmin edilməsində yardımın göstərilməsini müzakirə edəcəklər.
Daha sonra Sunak Estoniyaya gedəcək və burada NATO-nun çoxmillətli batalyonunun tərkibində respublikada yerləşən Britaniya hərbçiləri ilə görüşəcək.
Böyük Britaniyanın baş naziri estoniyalı həmkarı Kaya Kallas ilə danışıqlar aparılacaq. Tərəflər innovativ texnologiyalar sahəsində tərəfdaşlıq haqqında saziş imzalayacaqlar.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər