• $
  • £

ABŞ Ukraynaya "Patriot" müdafiə sistemi göndərməyə hazırlaşır

ABŞ Ukraynaya
21.12.2022 10:47
ABŞ  Ukraynaya Patriot raketdən müdafiə sistemləri də daxil olmaqla, təxminən 2 milyard dollarlıq yeni hərbi yardım paketi verəcək. Bu barədə jurnalistlər üçün Ukrayna prezidenti Vladimir Zelenskinin dekabrın 21-də Vaşinqtona gözlənilən səfərinə həsr olunmuş xüsusi onlayn brifinqdə çıxış edən ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.
 
"Sabah prezident Bayden Ukrayna üçün təxminən 2 milyard dollarlıq yeni nəhəng təhlükəsizlik yardımı paketini elan edəcək. Bu paketə çox vacib yeni silahlar - Patriot raket batareyası daxil olacaq", - o deyib. 
 
Onun sözlərinə görə, bu komplekslər Rusiyanın Ukraynanın kritik infrastrukturu zərbələri dəf etmək üçün  istifadə olunacaq.


ABŞ rəsmisi Ukrayna üçün NASAMS, Hawk, Stinger və dron əleyhinə sistemlər də daxil olmaqla, hava hücumundan müdafiənin digər formalarına üstünlük verməyə çağırıb.

Daha əvvəl CNN ABŞ hakimiyyətinin adının açıqlanmayan nümayəndələrinə istinadən Vaşinqtonun Ukraynanı Patriot sistemləri ilə təchiz etmək planlarını yekunlaşdırdığını bildirmişdi . Moskva da öz növbəsində Vaşinqtonu Ukraynaya bu cür silahların ötürülməsi ilə bağlı xəbərdarlıq edib.
 
Rusiya  Prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirib ki,  "Patriot” kompleksləri Vaşinqton tərəfindən Kiyevə çatdırılarsa, Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfinə çevriləcək.

Zelenskinin ABŞ-a səfəri onun vəzifəyə başlamasından bəri ikinci, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra isə ilk səfər olacaq.
 
Aytac Zeynalova




















www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İranda 210 məktəb yaşayış yeri kimi istifadə olunur
Dünya 13:01
İranda 210 məktəb yaşayış yeri kimi istifadə olunur

ABŞ Pakistandakı konsulluqlarını bağlayır
Dünya 12:49
ABŞ Pakistandakı konsulluqlarını bağlayır

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib
Dünya 12:45
Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib

Hind okeanında ABŞ esminesivurulub
Dünya 10:42
Hind okeanında ABŞ esminesivurulub
İki ayda Azərbaycanda büdcədən vəsaitlərin geri qaytarılması 25 mln manat olub
Dünya 09:47
İki ayda Azərbaycanda büdcədən vəsaitlərin geri qaytarılması 25 mln manat olub
ABŞ və Ekvador narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıb
Dünya 09:39
ABŞ və Ekvador narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıb
Media: Müctəba Xamenei İranın yeni ali lideri seçilib
Dünya 09:19
Media: Müctəba Xamenei İranın yeni ali lideri seçilib
ABŞ: İrana qarşı əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir
Dünya 08:55
ABŞ: İrana qarşı əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir
Tramp: İranda “demək olar ki, hər şey məhv edilib”
Dünya 08:43
Tramp: İranda “demək olar ki, hər şey məhv edilib”
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol