EBRD uzun fasilədən sonra böyük zəmanət tranzaksiyasını Bank Respublika ilə reallaşdırıb

Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu ilin sentyabrında iki qurum arasında aktivləşdirilmiş Ticarətin Maliyyələşdirilməsi Zəmanəti çərçivəsində ilk əməliyyatı başa çatdırıb. Müqaviləni EBRD-nin prezidenti Odil Renaud-Basso və "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov imzalayıb.
Əlamətdar sazişi şərh edən EBRD-nin Bakı ofisinin rəhbəri Kamola Mahmudova deyib: "EBRD-nin Ticarətin Maliyyələşdirilməsi Proqramının 5 illik fasilədən sonra Azərbaycana qayıtması və Azərbaycandakı partnyorumuz olan Bank Respublika ilə bu sahədə ilk tranzaksiyanı həyata keçirilməsindən çox şadam. Razılaşma son 10 ilin ən böyük sazişlərindən biridir və çox güclü iqtisadi inkişafdan xəbər verir. İnanırıq ki, bu, yaxın aylarda Azərbaycan biznesini beynəlxalq bazarlara daha da inteqrasiya edən çoxsaylı əməliyyatlardan biri olacaq”.
"Bu müqavilənin bağlanması "Bank Respublika”nın Azərbaycanın real sektoruna dəstək strategiyasında növbəti addımdır və müştərilərimizin ixrac-idxal əməliyyatlarının həcminin artırılmasına kömək edəcək. Bankımızın ticarətin maliyyələşdirilməsi sahəsində əsas üstünlükləri çevik əməkdaşlıq şərtləri, hər bir müştərinin ehtiyaclarına və hər bir əməliyyata yüksək ixtisaslı əməkdaşlarımız tərəfindən fərdi yanaşmasıdır. Biz əminik ki, məhz bu amillər müştərilərimizə yüksək səviyyədə xidmət göstərməyimizə, eləcə də EBRD kimi mötəbər təşkilatlar tərəfindən tanınmağımıza kömək edir”, - "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Ticarətin Maliyyələşdirilməsi Proqramı EBRD-nin əhətə etdiyi regionlarında xarici və daxili ticarəti təşviq etmək məqsədi daşıyır, zəmanətlər və ticarətlə bağlı nağd avanslar daxil olmaqla, bu ticarəti asanlaşdırmaq üçün bir sıra məhsullar təklif edir. Proqram yerli bankların ticarətin maliyyələşdirilməsi imkanlarını artırır və bu banklar vasitəsilə sahibkarlara regionlarımızda idxal və ixrac ticarətinə çıxışlarını genişləndirmək üçün lazım olan dəstəyi təmin edir.
Bu il Bank Respublika və EBRD Azərbaycanda olan uğurlu əməkdaşlıqlarının 30 illiyini qeyd edir. Bank Respublika Azərbaycanın aparıcı banklarından biridir və EBRD -nin çoxdankı tərəfdaşıdır. Onun əsas strateji hədəfləri kiçik və orta sahibkarlıq və mikromaliyyədir.
www.anews.az
Son xəbərlər
Daha çox 