Rusiya əcnəbilər üçün turist kartı buraxacaq
Rusiyanın İqtisadi İnkişaf Nazirliyi (İİN) xarici vətəndaşlara Rusiyada nağdsız ödənişlər aparmağa imkan verən "Turist Kartı” yaratmağı təklif edib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov mətbuta açıqlamasında bildirib.
Nazirin fikrincə bununla Rusiyaya turist axınını artırmaq mümkün olacaq.
"Bəzi variantları axtarmaq mövzusunda hüquq-mühafizə orqanları ilə dialoqa başlayacağıq. Nağdsız ödənişlər baxımından turist kartının yaradılması məsələsi də var. Rusiyada səyahət imkanlarını artırmaq üçün elektron vizanın yenidən işə salınması məsələsini işləyib hazırlamaq lazımdır”, - İqtisadi İnkişaf Nazirliyinin rəhbəri deyib.
Fevralın 24-də etibarən rusiya prezidenti Vlodimir Putin Ukrayanda hərbi əməliyyatlar keçirməsi ilə bağlı fərman imzalayıb. Bu gün iki ölkə arasında davam edən müharibənin 306-ci günüdür. Müharibə nəticəsində Amerika və Avropanın 27 ölkəsi Rusiyaya qarşə sərt sanksiyalar tətbiq edib. Artıq 9-cu sanskiya pakenti də təsdiqlənib. Buna baxmayaraq Putin geri addım atmaq niyyətində deyil. Bu günlərdə ilin yekunlarına dair mətbuat konfrasında jurnalistlərə açıqlama verərək bildirib ki, Rusiya Ukrayanda müharibəni tezliklə bitirmək niyyətindədir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər