• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən göstəricilərin siyahısında dəyişiklik edilib

Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən göstəricilərin siyahısında dəyişiklik edilib
26.12.2022 18:30
Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında dəyişiklik edilib.

APA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının altı ay müddətində bu qərara uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, "Əmək pensiyaları haqqında” qanuna əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin tələb olunan şərtlər daxilində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var.

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilib.

Əmək bazarında baş verən dəyişikliklər nəticəsində bir sıra vəzifə və peşələrin öz aktuallığını itirməsi, eləcə də bir sıra yenilərinin meydana çıxması Qərarla təsdiq edilmiş Siyahıya yenidən baxılmasına zərurət yaranıb. Sözügedən siyahıdakı vəzifələrin bir sıra müəssisələrdə mövcud vəzifələrə aid işin xarakterik xüsusiyyəti baxımından eyni, lakin adlandırılma baxımından fərqli olması, nəticədə müəyyən şəxslərin güzəştli şərtlərlə pensiya hüququ əldə edə bilməmələrinə səbəb olur.

Qərara əsasən, siyahıya əlavə edilməsi təklif edilən 59 vəzifə və peşə üzrə çalışan şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranacaqdır və attestasiya protokollarının yekunlarına əsasən həmin vəzifə və peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin siyahısına daxil edilməsi məqsədəuyğun hesab olunur.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zabrat istiqamətində qatar bir vətəndaşı vurub
Cəmiyyət 23:01
Zabrat istiqamətində qatar bir vətəndaşı vurub
Əl-qolunu bağlayıb başına kisə keçirib döydülər
Cəmiyyət 22:27
Əl-qolunu bağlayıb başına kisə keçirib döydülər
Bakıda sürət qatarı piyadanı vurub
Cəmiyyət 21:55
Bakıda sürət qatarı piyadanı vurub
Erməni terrorçunun Xocavənddəki abidəsi sökülüb
Cəmiyyət 20:21
Erməni terrorçunun Xocavənddəki abidəsi sökülüb
Bakıda idman meydançasında meyit tapılıb
Cəmiyyət 19:00
Bakıda idman meydançasında meyit tapılıb
Hazırda2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir
Cəmiyyət 18:00
Hazırda2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir
Bank kartından pul oğurlayan qadın tutulub
Cəmiyyət 16:56
Bank kartından pul oğurlayan qadın tutulub
Qərbi Azərbaycan İcmasıİrəvan Qazılığı barədəbəyanat verib
Cəmiyyət 15:39
Qərbi Azərbaycan İcmasıİrəvan Qazılığı barədəbəyanat verib
Bakıda 3 min 600 manatlıq telefon oğurlanıb
Cəmiyyət 14:58
Bakıda 3 min 600 manatlıq telefon oğurlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol