Bayden Nyu-York ştatında fövqəladə vəziyyət elan etdi
ABŞ prezidenti Co Bayden Nyu-York ştatında qar fırtınası ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Bu barədə Ağ Evin saytındakı bəyanatda deyilir.
"Prezident Bayden bu gün Nyu-York ştatında fövqəladə vəziyyət elan etdi və 23 dekabr 2022-ci ildə başlayan şiddətli qış fırtınası ilə mübarizə üçün federal yardımla bağlı göstəriş verdi", - bəyanatda bildirilir.
Bayden ölkənin Daxili Təhlükəsizlik Departamentinə və ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin mütəxəssislərinə sakinlərə kömək edilməsi üçün göstəriş verib.
Ötən həftə ABŞ-ın böyük bir hissəsi soyuq hava, güclü külək və qar yağışı şəklində pis hava şəraitinə məruz qalıb. Bir çox ştatlarda temperatur rekord səviyyəyə yaxın düşüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər