Putin prezidentlərə üzük hədiyyə etdi
Yeni il ərəfəsində Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin qeyri-rəsmi sammitinin iştirakçılarına Birlik rəmzləri olan üzüklər hədiyyə edib.
Lukaşenkodan başqa Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Ermənistanın baş naziri Nikol Paşinyana da sözügedən üzükdən verilib
www.anews.az
Belarus Prezidenti Aleksandr Lukaşenko üzüyü dərhal taxıb.
Ağ və sarı qızıla bənzər metaldan hazırlanmış hər bir üzükdə MDB-nin simvolları və "Yeni iliniz mübarək 2023” təbriki var. Bundan əlavə, üzükdə sammitin keçirildiyi ölkənin - Rusiyanın adı göstərilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər