İran prezidenti hökumət əleyhinə nümayişçilərə xəbərdarlıq edib
İran prezidenti hökumət əleyhinə nümayişçilərə xəbərdarlıq edib. Bu barədə "EURONEWS" məlumat verib.
1980-ci illərdə İran-İraq müharibəsində həlak olan 400 əsgərin dövlət tərəfindən təşkil edilən anım mərasimində çıxış edən prezident ABŞ və onun müttəfiqlərini 3 aydan artıqdır davam edən hökumət əleyhinə etirazları qızışdırmaqda günahlandırıb.
İran əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı İran əsilli kürd qadın Məhsa Əmininin ölümündən sonra iğtişaşlarla sarsılıb.
Etirazlar sürətlə 1979-cu il İslam İnqilabından sonra qurulan İran teokratiyasını devirmək çağırışlarına çevrilib. Bu, dörd onillikdən çox müddətdə İranın ruhani idarəçiliyinə qarşı ən böyük problemlərdən biri hesab olunur.
www.anews.az
İran prezidenti İbrahim Rəisi hökumət əleyhinə etirazların 100 günlük həddi keçdiyi üçün İslam Respublikasına düşmənçilik edənlərə mərhəmət olmayacağını bildirib.
1980-ci illərdə İran-İraq müharibəsində həlak olan 400 əsgərin dövlət tərəfindən təşkil edilən anım mərasimində çıxış edən prezident ABŞ və onun müttəfiqlərini 3 aydan artıqdır davam edən hökumət əleyhinə etirazları qızışdırmaqda günahlandırıb.
İran əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı İran əsilli kürd qadın Məhsa Əmininin ölümündən sonra iğtişaşlarla sarsılıb.
Etirazlar sürətlə 1979-cu il İslam İnqilabından sonra qurulan İran teokratiyasını devirmək çağırışlarına çevrilib. Bu, dörd onillikdən çox müddətdə İranın ruhani idarəçiliyinə qarşı ən böyük problemlərdən biri hesab olunur.
İğtişaşları yaxından izləyən İranda İnsan Haqları Fəalları qrupunun məlumatına görə, azı 507 etirazçı öldürülüb, 18500-dən çox insan həbs edilib. İran hakimiyyəti öldürülən və ya həbs olunanlarla bağlı rəqəmlər açıqlamayıb.
Lida Abbaslı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər