Keçmiş bankerin oğlu olduğunu iddia edən şəxs Prezidentə və xanımına müraciət etdi - VİDEO
Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun oğlu olduğunu iddia edən şəxs Prezindet İlham Əliyev və Birinci xanım Mehriban Əliyevadan kömək istəyib. O, bu barədə sosial şəbəkələrdə videomüraciət yayıb.
Videoda Aqil adlı 14 yaşlı yeniyetmə Elman Rüstəmovun atası olduğunu və onu təhdid etdiyini iddia edib.
"O, mənə soyadını verməyib. Onun oğlu olduğuma görə utanıram. Həyatda cəmi 3 dəfə görmüşəm, əsl adının Elman olduğunu da bu yaxınlarda bildim. Özünü mənə ilk dəfə təqdim edəndə adının Məmməd olduğunu dedi. İki il olar ki, adının Elmar olduğunu bilmişəm",- yeniyetmə bildirib.
2022-ci il aprelin 1- də Prezident İlham Əliyev Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlüyündən xaric edilməsi məsələsinə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılmış və layihə təsdiqlənərək plenar iclasa tövsiyə edib. 2022-ci il aprelin 12- də keçirilən plenar iclasda iştirak edən 102 deputatın hər birinin "lehinə" səsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatı təsdiqlənmiş və Elman Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlüyündən xaric edilib.
2007-ci ildə Azərbaycan Şahmat Federasiyasının sədri vəzifəsinə seçilib. Bu vəzifədə 2021-ci ilə qədər fəaliyyət göstərib.
Azərbaycan Respublikasının baş naziri Əli Əsədovun 2022-ci il 13 aprel sərəncamı ilə Elman Rüstəmov baş nazirin müşaviri vəzifəsinə təyin olunub.
Keçmiş bankerin oğlu olduğunu iddia edən şəxsin videomüraciətini təqdim edirik:
Aytac Zeynalova
www.anews.az