Qərb Paşinyana KTMT-dən çıxmamağı tövsiyə edib - Erməni mətbuatı
Ermənistanın baş naziri Nikol Paşinyan Cermukda səfirlərlə görüşündə etiraf edib ki, Fransa prezidenti Emmanuel Makron ona KTMT-dən çıxmamağı tövsiyə edib, çünki Fransa respublikanın təhlükəsizliyinin təminatçısı kimi çıxış edə bilməz. Bu barədə "Hraparak” qəzeti yazıb.
Qəzet qeyd edir ki, səfirlərlə görüş ötən həftə baş tutub.
"Və Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts əlavə edib ki, eyni məsləhəti ABŞ-ın dövlət katibi Entoni Blinken də verib”, – qəzet yazır.
Paşinyan bundan əvvəl KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannamə layihəsini və Ermənistana yardım göstərilməsi ilə bağlı tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib.
Noyabrın 23-də KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında o bəyan edib ki, İrəvan KTMT-nin Azərbaycan tərəfdən təcavüz faktını tanımasını gözləyir.
"Ermənistanla Azərbaycan arasında sərhəd olmadığını deyərək, belə qiymətləndirmədən çəkinmək KTMT-nin məsuliyyət zonasının olmadığını, əgər məsuliyyət zonası yoxdursa, deməli, təşkilatın özünün də olmadığını iddia etmək deməkdir”, - Paşinyan deyib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər