İnsan hüquqlarına qarşı dözümsüz olan ölkələrin adları açıqlanıb- İnsan Hüquqları Təşkilatı

Human Rights Watch Təşkilatının 2022- ci il hesabatında insan hüquqlarına qarşı olan, insanların öz hüquqlarını əldə etmələrinə mane olan əsas ölkələrin bəzilərinin adları açıqlanıb.
Hesabatda Çin, Rusiya, Belarusiya, Myanmar, Türkiyə, Tayland, Misir, Uqanda, Pakistan, Banqladeş, Venesuela, Nikaraqua kimi ölkələrin adı var.
Hesabat bir çox ölkə liderlərinin fərqli fikirlərə dözümsüz olması əsasında hazırlanıb.
Çin
2022-ci ilin mayında dərc olunan hesabata görə, Çində "məcburi tibbi müalicə və əlverişsiz həbs şəraiti də daxil olmaqla, işgəncə və ya pis rəftar nümunələri, fərdi cinsi və gender əsaslı zorakılıq hadisələri sıxlıqla baş verir.
"Bura beynəlxalq qanunları və standartları pozaraq insan hüquqlarına və əsas azadlıqlarına genişmiqyaslı, özbaşınalıq və ayrı-seçkilik xarakterli məhdudiyyətlər, o cümlədən dini azadlıq, şəxsi toxunulmazlıq və hərəkət hüquqlarının məhdudlaşdırılması daxildir.
Bundan əlavə, hesabatda Çin hökumətinin bölgədəki siyasətinin "sərhədləri aşdığı”, uyğur diasporuna qarşı "təhdid nümunələri” yaratdığı qeyd edilib.
Rusiya
2022-ci ilin 24 fevralından Rusiya və Ukrayna arasında müharibənin başlamasından sonra Rusiya müharibə cinayətləri və bu cinayətlərdə qadın və uşaqlara qarşı zorakılığın olmasına görə insan hüquqlarının pozulmasında ön sıralarda yer alır.
Bundan başqa, saxta xəbərlər yayma iddiası ilə bir çox mətabuat orqanlarının fəaliyyəti məhdudlaşdırılıb.
Digər ayrı-seçkilik yaradan qanunvericilik təşəbbüsü LGBT+ şəxslərin hüquqlarının müdafiəçilərinə aiddir. Doqquz ildən artıqdır ki, onların qanuni işi məhdudlaşdırılıb və indi cinsi oriyentasiya və gender kimliyi ilə bağlı hər hansı ictimai müzakirə tamamilə qanundan kənar hesab olunur.
Türkiyə
Təşkilat oktyabrda yaydığı hesabatda Türkiyə parlamentinin oktyabrın 13-də qəbul etdiyi onlayn medianın tənzimlənməsi ilə bağlı olan qanunu onlayn senzuranı dərinləşdirən və informasiyaya çıxışı məhdudlaşdıran qanun kimi qiymətləndirdiyini bildirib
Qanunvericiliyin 2023-cü il prezident və parlament seçkilərinə aylar qalmış vaxtı da hökumətin seçkilər ərəfəsində Ərdoğan hökumətini tənqid edən onlayn reportajları və şərhləri dayandırmaq niyyətində olduğundan narahatlığını qeyd edib.
Lida Abbaslı
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər