• $
  • £

İlham Əliyev 2023-cü il dövlət büdcəsi haqqında qanunu təsdiq edib

İlham Əliyev 2023-cü il dövlət büdcəsi haqqında qanunu təsdiq edib
30.12.2022 16:04
Azərbaycan prezidenti İlham Əliyev 2023-cü il dövlət büdcəsi haqqında qanunu təsdiq edib. Bu barədə prezidentin saytı xəbər yayıb.

2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773,978 milyon manat, xərcləri isə 33 milyard 353,278 milyon manat proqnozlaşdırılır.

Beləliklə, kəsir 2 milyard 579,3 milyon manat və ya ÜDM-in 2,4 faizi səviyyəsində proqnozlaşdırılır.

Gəlirlərin strukturunda Dövlət Neft Fondundan gələn il dövlət büdcəsinə transfertlər 11 milyard 280 milyon manat səviyyəsində proqnozlaşdırılır.

2023-cü ildə müdafiə və milli təhlükəsizlik xərclərinin strukturunda 5 milyard 331,211 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 4 milyard 415,877 milyon manat, dövlət borcuna xidmətə 1 milyard 5 milyon manat ayrılacaq.

Növbəti il ​​üçün dövlət əsaslı vəsait qoyuluşları 2 milyard 650,4 milyon manat, Qarabağın və Şərqi Zəngəzurun bərpası layihələri üçün 3 milyard manat səviyyəsində nəzərdə tutulub.

2023-cü il dövlət büdcəsinin neft gəlirləri neftin bir barelinin orta qiyməti 50 dollardan hesablanır.

Azərbaycanda 2023-cü il üçün ÜDM artımı 2,7%, orta illik inflyasiya isə 6,9% səviyyəsində proqnozlaşdırılır.

2022-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 29 milyard 197,8 milyon manat, xərcləri isə 32 milyard 303,8 milyon manat təşkil edir. 2022-ci il dövlət büdcəsinin kəsiri 3 milyard 106 milyon manat və ya ÜDM-in 2,7 faizi səviyyəsində proqnozlaşdırılır.
 

N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
İqtisadiyyat 13:55
"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
İqtisadiyyat 12:35
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl ucuzlaşıb - məzənnə
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
İqtisadiyyat 15:09
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
İqtisadiyyat 14:20
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
İqtisadiyyat 13:38
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol