• $
  • £

Şəhid adı daşıyan 2022-ci ilin yekun gəmisi suya buraxılıb

Şəhid adı daşıyan 2022-ci ilin yekun gəmisi suya buraxılıb
29.12.2022 16:17
"Palmali Holding” Birinci Qarabağ savaşında şəhid olmuş Əlisuvar Məmmədovun adını daşıyan gəminin suya endirilməsi mərasimini keçirməklə 2022-ci ilin yekun vurdu. Bununla da "Palmali” donanması şəhidimizin adını daşıyan növbəti gəmi ilə dünya sularında sayını çoxaltmış oldu. Şəhidimizin yaxınları gəmini görmək və yola salmaq üçün Türkiyəyə dəvət olundu. Şəhidin ailə üzvləri Tuzlanın Dentaş tərsanəsində dənizə buraxılan gəmini yola salarkən göz yaşlarını saxlaya bilmədilər. Şəhidin həyat yoldaşı Pərvanə xanım Mübariz Mənsimova təşəkkür edərək, bu gəmi ilə ona yenidən həyat bəxş edildiyini söylədi. 


Mübariz Mənsimov, öz növbəsində, hər bir azərbaycanlının şəhidlərimizin adının yaşatmağa borclu olduğunu vurğuladı:


"Onlar biz başımız uca gəzək deyə  torpaqlarımız uğrunda şəhid oldu. Biz də, öz növbəmizdə qəhrəmanlarımızı tanıdıb onları adlarını hər zaman uca tutmalıyıq”.


Qeyd edək ki, baş leytenant Əlisuvar Əliheydər oğlu Məmmədov 10 mart 1957-ci ildə Şamaxı Rayonunun Dağ  Göylər kəndində anadan olub. Ağdərə-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib və düşmən mövqeylərini bir neçə dəfə məhv edərək, onları geri cekilməyə məcbur etmişdi. 1992-ci il 9 oktyabr tarixində Laçın rayonunun Pircahan kəndi yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.


Hələ bu ilin əvvəlində "Palmali” şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov bəyan etmişdi ki, "Palmali” donanmasına daxil olan bütün gəmilərə şəhidlərin adları veriləcək. Bu təşəbbüsün həyata keçirilməsi nəticəsində 2022-ci ildə "Palmali” donanması dəniz sularına 9 (doqquz) yeni gəmi yola salıb ki, bunların hamısı Vətən müharibəsi şəhidlərinin adlarını daşıyır: Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov, şəhidlər Adil İbrahimli, Mətin Hüseynov, Pəncəli Teymurov, Xudayar Yusifzadə, İman və Bəhram Məmmədzadələr qardaşları, Malik Əliyev, Əli Nəcəfov, Cəbrayıl Dövlətzadə.


Bundan əlavə daha, 2023-cü ildə də "Palmali” donanmasına daxil olacaq yeni gəmilərə şəhidlərin adları veriləcək. Bunlar "Sabuhi Ahmadov”, Elvin Safarov”, "Vusal Maharramov”, "Babak Mahmudlu”, "Mukhtar Gasımlı”, "Royad Mammadov”, "Karabakh Heroes”, yəni "Qarabağ qəhrəmanları” gəmiləri olacaq.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Maştağada gölün qanunsuz doldurulması faktı araşdırılıb
Cəmiyyət 14:39
Maştağada gölün qanunsuz doldurulması faktı araşdırılıb

Bakıda oteldə anasını öldürən oğlana hökm oxunub
Cəmiyyət 13:58
Bakıda oteldə anasını öldürən oğlana hökm oxunub
MEDİA regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb
Cəmiyyət 13:36
MEDİA regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb
Azərbaycan dili imtahanının nəticələri elan olunub
Cəmiyyət 12:59
Azərbaycan dili imtahanının nəticələri elan olunub
Qarabağın 2 rayonunda yarımarka keçirəcək
Cəmiyyət 12:44
Qarabağın 2 rayonunda yarımarka keçirəcək
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Bayramlara görə pensiyalar tez ödəniləcək
Cəmiyyət 12:13
Bayramlara görə pensiyalar tez ödəniləcək
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Cəmiyyət 12:01
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
Cəmiyyət 11:12
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol