• $ 1.7
  • € 1.9588
  • ₽ 0.021656
  • ₺ 0.0429
  • £ 2.2867

Nazirlik veteranlıq vəsiqəsinin verilməsi ilə bağlı açıqlama yayıb

Nazirlik veteranlıq vəsiqəsinin verilməsi ilə bağlı açıqlama yayıb
06.01.2023 17:47
Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən Vətən müharibəsi iştirakçılarından təqdim olunan 84423 nəfərin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsisteminə daxil edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda qeyd olunan komissiyanın üzvlərinin müvafiq qurumlarla birgə sistemə adları daxil edilən vətəndaşlara "Müharibə veteranı" vəsiqələrinin verilməsi prosesi Bakı şəhəri və respublikamızın digər bölgələrində mərhələli şəkildə həyata keçirilir:

"Bildiririk ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən komissiya tərəfindən bu günədək "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün təqdim olunan 4300 nəfərin məlumatlarının dəqiqləşdirilməsi məqsədilə əlavə zəruri sənədlər tələb olunduğuna görə yenidən baxılması üçün geri qaytarılıb, 1042 nəfərə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216-cı nömrəli qərarının tələblərinə zidd olduğuna görə imtina verilib.

Bundan başqa 1188 nəfər vətəndaşın sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsisteminə daxil edilməsi üçün aidiyyəti komissiyaya yeni təqdim olunub.

"Müharibə veteranı" adının verilməsi təsdiq olunan və adları "Zəfər” altsisteminə daxil edilən vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava məkanının bağlanması səbəbilə Bakıdan uçan bəzi reyslərin marşrutu dəyişib
Cəmiyyət 00:15
Hava məkanının bağlanması səbəbilə Bakıdan uçan bəzi reyslərin marşrutu dəyişib
AZAL-ın Bakı-Dəmmam istiqaməti üzrə uçan təyyarəsi geri qayıdıb
Cəmiyyət 23:14
AZAL-ın Bakı-Dəmmam istiqaməti üzrə uçan təyyarəsi geri qayıdıb
Bu ərazidə işıq olmayacaq
Cəmiyyət 23:00
Bu ərazidə işıq olmayacaq
Daha 3 ünvanda mindirib-düşürmə yerləri yaradılıb
Cəmiyyət 19:16
Daha 3 ünvanda mindirib-düşürmə yerləri yaradılıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:11
Bu ərazilərdə qaz olmayacaq
Faktiki hava açıqlanıb
Cəmiyyət 18:50
Faktiki hava açıqlanıb
Cəlilabadda mikroavtobusla motosiklet toqquşub, xəsarət alan var
Cəmiyyət 18:25
Cəlilabadda mikroavtobusla motosiklet toqquşub, xəsarət alan var
5 avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyənləşib
Cəmiyyət 18:07
5 avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyənləşib
Azercell “Premium” abunəçilərinə PAŞA Sığortadan 30%-lik xüsusi endirim!
Cəmiyyət 17:30
Azercell “Premium” abunəçilərinə PAŞA Sığortadan 30%-lik xüsusi endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol