• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə minik avtomobilləri verildi

Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə minik avtomobilləri verildi
04.04.2014 17:27
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 100 nəfər müharibə əlinə "NAZ-Lifan" markalı minik avtomobillərinin açar və sənədləri təqdim olunub.APA-nın məlumatına görə, onlardan 95 nəfəri Qarabağ müharibəsi, 5 nəfəri isə 20 Yanvar əlilidir. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin əlillərə, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanlara göstərdiyi diqqət və qayğıdan söhbət açılıb. Qarabağ müharibəsi və 20 Yanvar əlilləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, hazırda təqdim olunan avtomobillər də daxil olmaqla indiyədək müharibə əlillərinə 3906 ədəd minik avtomobili verilib. Azərbaycan prezidentinin 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, ayrılmış vəsait hesabına növbədə dayanan daha 700 nəfərdən artıq Qarabağ əlilinin cari ildə avtomobillə tam təminatı həyata keçiriləcək. Əlil və şəhid ailələrinə mənzillərin, həmçinin əlillərə avtomobilin verilməsində şəffaflığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə mənzil və avtomobil alanların, eyni zamanda mənzil və avtomobillə təmin edilmək üçün növbədə dayananların siyahıları nazirliyin rəsmi internet saytının ön səhifəsində ictimaiyyətə təqdim edilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Masazırda yaşayış binasında yanğın baş verib, zəhərlənən var - Video
Cəmiyyət 21:07
Masazırda yaşayış binasında yanğın baş verib, zəhərlənən var - Video
Zaqatalada minik avtomobili aşıb, ölən və yaralanan var
Cəmiyyət 20:24
Zaqatalada minik avtomobili aşıb, ölən və yaralanan var
Şamaxıda zəlzələ olub
Cəmiyyət 19:13
Şamaxıda zəlzələ olub
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 17:47
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 17:30
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Ötən gün itkin düşmüş 5 nəfər tapılıb
Cəmiyyət 17:23
Ötən gün itkin düşmüş 5 nəfər tapılıb
Dövlət Komitəsi “Qobu Park”da binaların vəziyyəti ilə bağlı iddialara cavab verib
Cəmiyyət 17:09
Dövlət Komitəsi “Qobu Park”da binaların vəziyyəti ilə bağlı iddialara cavab verib
Külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:50
Külək güclənəcək - XƏBƏRDARLIQ
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 14:52
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol